Gürcüstanda ümumi xəstələrin 50 faizini qripə yoluxanlar təşkil edir
04.01.2023 22:15

Gürcüstanda bu gün qrip virusu tüğyan edir. Ölkədəki ümumi xəstələrin 50 faizini qripə yoluxanlar təşkil edir.

 

Aztibb.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Tbilisidəki İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasının baş həkimi İvane Çixeidze məlumat verib.

 

İ.Çixeidze deyib: “Ötən həftə ilə müqayisədə yeni ilin ilk həftəsində respirator virusların sayında cüzi artım var. Ölkədə əsasən qrip virusu dövr edir. Avropa ölkələrində də vəziyyət oxşardır, qış dövrü dünyada bu növ virusun çoxluğu ilə xarakterizə olunur. İndi ölkədə qripin yayılması pandemiya dövründəki koronavirusdan 5 dəfə çoxdur. Qrip əsasən uşaqlar arasında yayılır”.

 

Onun sözlərinə görə, bu gün uşaqların xəstəxanaya yerləşdirilməsi ilə bağlı heç bir problem yoxdur. Stasionar müalicəyə ehtiyacı olan hər bir uşaq bu xidməti alır.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib