ÜST ekspertləri koronavirus infeksiyası ilə mübarizədə növbəti addımları müzakirə etmək üçün Cenevrədə toplaşıblar
04.01.2023 22:05

Çində COVID-19 virusuna yoluxmanın artdığı bir vaxtda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri koronavirus infeksiyası ilə mübarizədə növbəti addımları müzakirə etməkdən ötrü Cenevrədə toplaşıblar.

 

COVID-19 üzrə Texniki məsləhətçi qrupun görüşünə Çin alimlərinin dəvət olunması barədə məlumatı ÜST-dən təsdiqləyiblər. 2020-ci ilin iyununda yaradılan 30 ekspertdən ibarət qrupun vəzifəsi koronavirusun mutasiyası barədə məlumatları öyrənmək və yeni variantların təhlükəlilik dərəcəsini müəyyən etməkdir.

 

Aztibb.az Birləşmiş Millətlər Təşkilatının (BMT) saytına istinadla xəbər verir ki, qrup sonuncu dəfə ötən ilin oktyabrında toplaşıb.

 

Bundan əvvəl ÜST-dən bildirmişdilər ki, çinli alimlərə “SARS-CoV-2”nin genom sekvensiyası barədə ətraflı məlumatları təqdim etmək xahişi göndərilmişdi. Cümə günü ÜST-nin başçısı Çini COVID-19-a qarşı mübarizədə öz strategiyası haqqında məlumatla bölüşməyə çağırıb. ÜST ekspertləri Çində genom sekvensiyası və koronavirus infeksiyasının yayılmasının izlənilməsi sahəsində tədbirləri gücləndirməyi tövsiyə ediblər.

 

ÜST-nin Baş direktoru Tedros Gebreyesus özünün tviter səhifəsində “risklərin dəyərləndirilməsi və onlara reaksiya verilməsində effektiv tədbirlərin formalaşdırılması üçün mötəbər məlumatların alınmasının zəruri olmasını” vurğulayıb. Gebreyesus ÜST-nin bu sahədə Çinə dəstəyini, eləcə də vaksin skeptisizminin aradan qaldırılmasında köməyini təklif edib. Çinin hakimiyyət orqanları “yoluxmanın sıfır səviyyəsi” siyasətini zəiflətmək qərarına gəliblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır