"Yeni klinika"nın tibb və qeyri-tibb işçiləri təltif ediliblər
03.01.2023 18:53

"Yeni klinika" tibb müəssisəsində 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə klinika əməkdaşları ilə görüş keçirilib.

 

Klinikadan Aztibb.az-a verilən xəbərə görə, tibb və qeyri-tibb personalının iştirakı ilə baş tutan görüşün məqsədi pandemiya və Vətən müharibəsi dövründə vəzifə öhdəliklərini yerinə yetirdiyinə və əmək funksiyalarının icrasında fərqləndiyinə görə bir sıra tibb və qeyri-tibb işçilərinin təltif edilməsidir.

 

“Yeni klinika” tibb müəssisəsinin direktoru vəzifəsini icra edən baş həkim Cavid Paşayev əvvəlcə klinika əməkdaşlarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edərək onlara işlərində müvəffəqiyyətlər arzulayıb.
Klinikanın hər bir əməkdaşının əzmi sayəsində qısa müddət ərzində uğurlar əldə etdiyini qeyd edən baş həkim növbəti ildə tibb müəssisənin daha böyük nailiyyətlərə imza atacağına inandığını qeyd edib.
Cavid Paşayev pandemiya və Vətən müharibəsi dövründə vəzifə öhdəliklərini yerinə yetirən həkim və tibb işçilərinin gördükləri işlərin danılmaz bir fakt olduğunu vurğulayıb.

 

“Onlar mürəkkəb şəraitdə gərgin əmək sərf edərək sutka ərzində demək olar ki, fasiləsiz çalışırdılar. Peşəkar həkimlərimizin səyi nəticəsində neçə-neçə döyüşçünün həyatı xilas edildi. İstər ön cəbhədə, istər arxa cəbhədə savaşan hər kəsin bizim qələbəmizdə xüsusi rolu var.” – deyə C.Paşayev qeyd edib.

 

Baş həkim çıxışında klinika kollektivi adından əməyi keçən bütün tibb və qeyri-tibb işçilərinə minnətdarlığını bildirib.

 

Sonda pandemiya və Vətən müharibəsi dövrünü əks etdirən qısa film nümayişinin ardınca təltifetmə mərasimi baş tutub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib