Hepatit nədir?
03.01.2023 21:24

A hepatiti ən geniş yayılmış formalardan biridir. Xəstə insan nəcisi ilə ifraz olunan viruslar su və ya qida ilə başqa insanların qida yoluna daxil ola bilər. Belə yoluxma mexanizmi fekaloral mexanizmi adlanır.

 

Aztibb.az xəbər verir ki, bu barədə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin həkimi, terapevt İlham Əliyev bildirib.

 

Həkim qeyd edib ki, insan şəxsi gigeyena qaydalarına əməl etmədikdə (natəmiz əllər, təmiz yuyulmamış meyvə- tərəvəz, qaynanmamış sudan istifadə etdikdə) A hepatitinə yoluxa bilər.

 

"A hepatiti el arasında “Sarılıq” deyilən xəstəlikdir. Xəstəlik yüksək temperatur ilə başlayır və qripə bənzər simptomlarla müşayət olunur. Halların çoxu aktiv antivirus müalicısi tələb etmir və həkim tərəfindən uğurla müalicə olunur: müalicə bazis terapiya, yataq rejimi və pəhrizdən ibarətdir. Xəstəliyə qarşı peyvənd mövcuddur".

 
Onun sözlərinə görə, insan B və C hepatitlərinə qeyri-steril tibbi (iynə stomatoloji kabinetin) və qeyri-tibbi (manikür, pedikür, tatuaj zamanı istifadə edilən) ləvazimatların, xəstə insandan qan köçürmə, infeksion narkotik maddələrindən istifadə və qorunmamış cinsi əlaqə vasitəsilə (əsasən B hepatiti yoluxur, C hepatitinin cinsi yoluxma ehtimalı çox azdır) yoluxa bilər. Bunlarla yanaşı, viruslar anadan dölə (C hepatiti), yaxud anadan doğuş zamanı uşağa (B hepatiti) ötürülür.


Həkim qeyd edib ki, qaraciyər ağrısız orqandır, virus zədələnməsi olsa da, bu orqanda sinir uclarının az olması ağrının hiss edilməsinin qarşısını alır. Xəstəliyin əsas əlamətləri sidiyin rənginin tündləşməsi və nəcisin rəngsizləşməsidir. Virusa yoluxmuş insanın qaraciyər və dalağında böyümə qeyd edilir. C hepatit isə qaraciyərin “mehriban qatili” adlandırırlar. Zəif təzahürləri olan bu virus illərlə insanın qaraciyərini asta-asta dağıdır və 70-80% hallarda xroniki formada müşahidə edilir. Xronikləşmə qaraciyər sirrozu və xərçənginə çevirilməsi ilə təhlükəlidir.

 

Hepatitlərin diaqnozunu təsdiq etmək üçün aşağıda yazılan əsas müayinələrdən keçmək məsləhət görülür.
- A hepatiti (qanda bilrubin, ALT və AST yüksəlir, anti HAV İgM aşkarlanır);
- B hepatiti (xəstəliyin simptomları meydana çıxmazdan əvvəl HBs Ag təyini xəstəliyin erkən diaqnoztikasına şərait yaradır);
- C hepatiti ( ALT, AST və bilrubin yüksəlir; anti HCV aşkarlanır).



ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır