ABŞ-da son iki ayda 82 uşaq qızılcaya yoluxub
02.01.2023 18:03

ABŞ-ın Ohayo ştatında son iki ayda 82 uşaqda qızılcaya yoluxma aşkarlanıb.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, Ohayo ştatının rəsmiləri noyabr ayında Franklin bölgəsindəki uşaq bağçasında dörd uşağa qızılca diaqnozu qoyulduğunu və onların xaricə səyahət etmədiklərini bildiriblər. Həmçinin bu uşaqların qızılcaya qarşı peyvənd edilmədiyi qeyd olunub.

 

Ohayoda son iki ayda qızılca diaqnozu qoyulan uşaqların sayının ən azı 82 olduğunu deyən ştat rəsmiləri onlardan 32-nin xəstəxanada müalicə olunduunu bildiriblər.

Uşaqların əksəriyyətinin yaşı 5 yaşdan aşağıdır.

 

ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi qızılcanın sadəcə bir səpgi olmadığı, körpələrdə və kiçik yaşlı uşaqlarda təhlükəli ola biləcəyi barədə valideynlərə xəbərdarlıq edib.

 

Qızılca tənəffüs yolları ilə yoluxur və qızdırma, öskürək, səpgi, burun axması, halsızlıq kimi əlamətlərə səbəb olur.

 

Qeyd edək ki, ABŞ-da 2020-ci ildə 13, 2021-ci ildə isə 49 nəfərdə qızılcaya yoluxma aşkar edilmişdi.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır