Ürəyin işemik xəstəliyi nədir?
01.01.2023 23:42

Ürək qan dövranının pozulması (və bununla bağlı baş verən infarktlar) inkişaf etmiş ölkələrdə əsas ölüm səbəblərindən biridir. Miokard infarktı keçirmiş pasiyenti xilas etmək mümkün olsa da, bərpa olunması çox vaxt aparır və çox az hallarda tam dəyərli olur. Məhz bu səbəbdən infarktla mübarizə hələ gəlişini stenokardiya tutmaları ilə bildirdiyi məqamdan başlamalıdır.

 

Aztibb.az xəbər verir ki, bu barədə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin kardioloq həkimi Bənövşə Əhmədova məlumat verib.


Həkim bildirib ki, stenokardiya müstəqil xəstəlik deyil, ürəyin işemik xəstəliyinin (ÜİX) klinik formasıdır. Gərginlik stenokardiyası dedikdə fiziki hərəkət və ya stress zamanı döş sümüyü arxasında yaranan ağrılı hissiyyatlar nəzərdə tutulur. Düzgün müalicə aparılmadıqda xəstəlik daha da ağırlaşaraq gecə tutmaları ilə xarakterizə olunan sakitlik stenokardiyası formasına keçir. Xəstələr ürək nahiyəsində ağırlıq hissiyyatından və ya ağrıdan oyanır, nəfəsi çətinləşir, ölüm qorxusu yaranır.

 

"2-5 dədiqə davam edən və nitroqliserinlə qarşısı alınan tutma o qədər də təhlükəli deyil. Lakin ağrı tutması 15 dəqiqə və daha çox davam edirsə, miokard infarktı təhlükəsi böyükdür. Stenokardiya tutmaları zamanı duyulan ağrı və diskomfort hissi qan təchizatının azalmasına dəlalət edir. Aterosklerozdan zədələnmiş ürək arteriyaları ürək əzələsinin oksigen ehtiyacını ödəyə bilmir", - deyə B.Əhmədova qeyd edib.


Onun sözlərinə görə, ÜİX-ni vaxtında müəyyən etmək, yanaşı xəstəlikləri nəzərə alaraq daimi medikamentoz müalicə təyin etmək lazımdır. Ona görə də hərəkət, stress zamanı döş sümüyü arxasında ağrı, diskomfort, təngnəfəslik hiss edən şəxslər ağırlaşmalar, ölümün qarşısını almaq üçün vaxtında həkimə müraciət etsinlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib