Alimlər idman hərəkətləri  və pəhriz olmadan çəki atmağın üsulunu tapıblar
30.12.2022 13:56

Meksikadan (Xuares-del-Estado-de-Duranqo Universiteti) olan alimlər müəyyən ediblər ki, idman hərəkətləri və pəhriz olmadan çəkini atmağa yeməyi yavaş çeynəmək kömək edir.

 

"Effektiv arıqlama üçün yavaş qidalanma lazımdır", - deyə tədqiqatçılar "Pediatric Obesit" jurnalına bildiriblər.

 

Aztibb.az medikforum.ru-ya istindla xəbər verir ki, bu məqsədlə mütəxəssislər tərəfindən sınaqlar keçirilib, iştirakçılar iki qrupa ayrılıb. Bir qrup yeməyi adət etdikləri rejimində, digər qrupdakı iştirakçılar isə hər dişlənmiş tikəni minimum 30 saniyə çeynəyiblər. Sınaqların nəticələri üçün bir il vaxt qoyulmuşdu. Bu müddət ərzində insanlar pəhrizə əməl etməyiblər, fiziki tapşırıqlarla və ya idmanla məşğul olmayıblar.

 

Sınağın nəticələri yavaş çeynəmənin çəki atmaq üsulu kimi effektivliyini nümayiş etdirib. Qidanı tələsmədən çeynəyən könüllülər altı ay sonra orta hesabla təxminən iki kiloqram çəki itiriblər. Bir il ərzində bəzi iştirakçılarda çəki əvvəlki bədən çəkisi ilə müqayisədə 5%-dən çox aşağı düşüb.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub