Cabir Gülmalıyev: "Qışda infarkt riski 4 dəfə artır"
30.12.2022 11:58

Qışda infarkt riski 4 dəfə artır. Bu, soyuq havalarda damarların həddindən artıq daralması və qan laxtalanmasının artması ilə əlaqədardır.

 

Aztibb.az xəbər verir ki, bu barədə Liv Bona Dea Hospitalının həkimi, tanınmış ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat verib.

 

Onun sözlərinə görə, ürək soyuq havada daha da aktivləşərək, ətrafını isidir və bədəni rahatlaşdırır. Lakin xəstə və çatışmazlığı olan ürək kifayət qədər aktivlik nümayiş etdirə bilmədiyi üçün problemlər ortaya çıxır.

 

Uzman həkim bildirib ki, çox soyuq havalarda yorucu və uzun gəzintilər edilməməlidir. Bu zaman ürək yorulur və soyuq hava infarkt keçirməyə səbəb olur: "Həmçinin qışda daha çox duzlu və yağlı qidalar istehlak edilir. Qış gələndə xəstələr evlərinə qapanırlar, idmandan uzaqlaşırlar. Bu da onların kökəlməsinə və beləliklə də ürək xəstəliklərinin artmasına və ya yaranmasına səbəb olur".

 

Cabir Gülmalıyev əlavə edib ki, qışda yüksək kalorili, yağlı ət və ət məhsulları yerinə daha çox təzə tərəvəz və meyvələrin qəbulunu artırmaq lazımdır. Bundan başqa, qanınızın qatılaşmasını hər daim nəzarətdə saxlamalısınız.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib