Mərkəzi Gömrük Hospitalında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib
30.12.2022 10:03

Mərkəzi Gömrük Hospitalında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbir keçirilib.

 

Hospitaldan Aztibb.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov iştirakçıları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib. İdarə rəisi Ceyhun Məmmədov bildirib ki, dünya azərbaycanlılarının həmrəyliyini, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur.

 

Ceyhun Məmmədov qeyd edib ki, xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirmiş Prezident İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. Prezidentin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir.

 

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə əlamətdar günün təsis edilməsinin tarixi, əhəmiyyəti və 44 günlük müharibədə Azərbaycan xalqının həmrəylik göstərməsi barədə ətraflı məlumat verib.

 

Daha sonrq Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım İdarənin İnzibati İdarəetmənin təşkili şöbəsinin, Tibbi Xidmət İdarəsinin Sanitar Karantin Xidmətinin 2022-ci ildə fəaliyyəti, o cümlədən DGK sistemində təbliğat və təşviqat işlərində “İdeoloji prioritetlər”i rəhbər tutaraq Mərkəzi Gömrük Hospitalında keçirilmiş tədbirlər, görülən işlər, təlimlər və qarşıya qoyulmuş vəzifələr barədə çıxış edib.

 

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin 2022-ci ildə fəaliyyəti, həyata keçirdiyi elmi tədbirlər, Mərkəzi Gömrük Hospitalında həyata keçirilən müalicə-müayinə işlərinin statistikası, Mərkəzi Gömrük Hospitalında DGK əməkdaşları və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları üçün keçirilən narkotik və psixotrop maddələrin skrininq müayinəsi barədə məlumat verib.

 

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi, Mərkəzi Gömrük Hospitalı, Sanitar Karantin Xidməti, Elmi-Təcrübi və Tədris Mərkəzinin fəaliyyətini 2022-ci il üçün uğurlu olduğunu qeyd edib və 2023-cü ildə daha böyük nailiyyətlərə nail olmağı arzulayıb.

 

Tədbirin sonunda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının 2022-ci ildə fəaliyyətini əks etdirən slayd nümayiş olunub.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib