Orta məktəblərdə aparılan sorğuların nəticələri müzakirə olunub
29.12.2022 17:41

29 dekabr 2022-ci il tarixində Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən orta məktəblər arasında keçirilən sorğuların nəticələri müzakirə olunub.

 

Mərkəzdən Aztibb.az-a bildirilib ki, İSİM-in direktoru Qəhrəman Haqverdiyev qurum tərəfindən keçirilən sorğuların və maarifləndirilmə işlərinin uğurlu nəticələrindən danışıb. Bildirib ki, məktəblilərin sağlamlıqlarının qorunması və xəstəliklərin profilaktikası istiqamətində aparılan işlər gənc nəslin sağlam formalaşmasına kömək edəcək və öz uğurlu töhfələrini verəcək.

 

Daha sonra İSİM-in Monitorinq və təhlil şöbəsinin müdiri İnara Makayeva “Sağlamlığı təşviq edən məktəblər” (SHE) layihəsi barədə geniş təqdimatla çıxış edib. Diqqətə çatdırıb ki, layihənin keçirilməsində məqsəd məktəblilər arasında sağlamlıq biliklərini formalaşdırmaq, zərərli vərdişlərdən uzaq olmağa çağırmaq, sağlam olmayan həyat tərzi səbəbindən orqanizmdə baş verə biləcək fəsadları diqqətə çatdırmaq idi.

 

İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev isə çıxışında bildirib ki, 2022-ci ilin fevral-mart aylarında keçirilən sorğu tədqiqatı Bakı şəhərinin 10 ümumtəhsil məktəbində pedaqoji heyət arasında baş tutub və sağlam həyat tərzinin əsaslarına dair gənc nəslin məlumatlandırılması istiqamətində təhsil işçilərinin fikir və təklifləri öyrənilib.

 

Sonda keçirilən sorğular və gələcək planlar barəsində geniş fikir mübadiləsi aparılıb.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib