Şəmkir Rayon Mərkəzi Xəstəxanasında Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib
29.12.2022 17:16

Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il ilə əlaqədar tədbir keçirilib.

 

Tədbirdə Şəmkir RMX-nın direktoru Emin İsmayılov bütün tibb işçilərini əlamətdar gün münasibətilə təbrik edib. Bildirib ki, hər birimiz üçün əziz və doğma bayram olan Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyinin yaradılması məqsədilə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu əlamətdar günün təsis edilməsi həm də müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında siyasi-iqtisadi, mədəni münasibətlərin genişlənməsinə geniş imkanlar yaratmışdır.  

 

İnzibati işlər üzrə müavin Emin İsayev və Həmkarlar İtifaqının sədri həkim Şahin Rzayev Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranması tarixindən və onun əhəmiyyətindən danışıb, tibb işçilərini təbrik ediblər.

 

Daha sonra Şəmkir RMX-da çalışan 100 nəfər işçiyə hədiyyə (ərzaq) paketləri təqdim edilib. Bunlardan 30 nəfəri şəhid ailəsi, veteran və qazilər, 23 nəfəri isə 44 günlük Vətən müharibəsində iştirak etmiş sürücülər olub. 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır