Hansı hallarda psixiatra müraciət olunmalıdır? – Həkim AÇIQLADI
28.12.2022 11:59

Davranışın, həmçinin insanın ümumi emosional vəziyyətinin kəskin dəyişməsi həkimlə məcburi konsultasiya tələb edən amillərdir.

 

Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir ki, bunu psixiatr Marçel Doditsa bildirib.

 

Mütəxəssis müsahibəsində psixika ilə bağlı müayinə və müalicə tələb edən problemləri göstərən əlamətləri qeyd edib. Həkim bildirib ki, insanın davranışında müəyyən neqativizmin görünməsi əsas əlamətlərdəndir.

 

"Psixi problemlər zamanı davranış və ümumi emosional fon kəskin dəyişir: tez qıcıqlanma meydana çıxır, yüksəlmiş həyəcan əlamətləri görülür. Emosional dəyişikliklər yuxunun və iştahanın pozulması (həm artması, həm də azalması) ilə birləşir", - deyə psixiatr əlavə edib.

 

Marçel Doditsa qeyd edib ki, həmçinin sıxıntı vəziyyəti mütəxəssislə danışmaq üçün səbəblərdən biridir. İnsan özünü tükənmiş, zəiflətmiş kimi hiss edə bilər, onu həm də öz gərəksizliyi və şəxsi mövcudluğun mənasızlığı haqqında fikirlər təqib etməyə başlaya bilər.

 

Psixiatr bildirib ki, digər əlamət - həyəcanlılıq və onun öhdəsindən gəlməyi bacarmamaqdır. Ekspert vurğulayıb ki, insanda yaranan həyəcan və təlaş sinir sisteminin həyatın stressli hadisələrinə reaksiya verdiyini göstərir. Bu problemi müstəqil həll etmək son dərəcə çətindir, peşəkar psixiatrik köməyi lazımdır.

 

Bundan başqa, həkim hallüsinasiyaların yaranması zamanı psixiatra müraciət etməyi məsləhət görüb.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub