Tərtər Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları şəhid ailələrini ziyarət ediblər
28.12.2022 10:13
Tərtər Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhid Əhmədzadə Məftun Seymur oğlunun, Əhmədzadə Mürşüd Müdahil oğlunun və Hacızadə Ceyhun İfrayıl oğlunun, eləcə də qazi Niftaılyev Məhəbbət Ədalət oğlunun ailələrinə baş çəkiblər.
Aztibb.az-ın xəbərinə görə, xəstəxana əməkdaşları onlarla həmsöhbət olub, mənəvi dəstəklərini ifadə ediblər.
Görüşlər zamanı şəhidlərimizin müqəddəs amal uğrunda canlarından keçdiyi və onların əziz xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağı qeyd edilib.
Həmçinin şəhidlərimizin, qazilərimizin ailələrinə xidmət göstərməyin həkimlərimiz üçün qürurverici olduğu, bu cür ziyarətin kökündə ölkə başçısının və rayon rəhbərliyinin dövlət qayğısının dayandığı vurğulanıb.
Daha sonra şəhid və qazi ailələrinin üzvləri evlərində müayinə olunublar.
Şəhid ailələri sağlamlıqlarının keşiyində dayanan həkimlərimizə nümunəvi təşəbbüsə görə razılıqlarını bildiriblər. Şəhid ailəsi kimi onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə, Birinci vitse-prezidentə, rayon rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar.
Xatırladaq ki, Əhmədzadə Məftun 12 sentyabr 2022-ci ildə düşmənin Daşkəsən, Laçın və Kəlbəcər istiqamətində genişmiqyaslı təxribatlarının qarşısını alınması zamanı şəhid olub.
Şəhid Əhmədzadə Mürşüd 06 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən o, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif olunub.
Şəhid Hacızadə Ceyhun 07 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Bu bölməyə aid digər xəbərlər
“Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti buraxılışı
21.10.2026 | 15:16
Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru vətəndaşların müraciətlərini dinləyib
20.10.2026 | 11:11
Şirvan ŞMX-da total tiroidektomiya əməliyyatı icra olunub
19.10.2026 | 11:10
Naxçıvanda məhkumların profilaktik tibbi müayinəsi aparılıb
19.10.2026 | 10:27
Abbas Səhhət adına xəstəxanada həkim-mütəxəssislər üçün təlim: “Qan qazlarının analizi və kliniki qiymətləndirilməsi”
18.10.2026 | 14:03
Ağcabədi RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
18.10.2026 | 13:38
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında növbəti uğurlu neyrocərrahiyyə əməliyyatı
18.10.2026 | 12:44
Tərtər RMX-nın Təcili Tibbi Yardım və Cərrahiyyə şöbəsinin tibb işçiləri təlimə cəlb olunub
17.10.2026 | 16:33
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Xocavənd Rayon Mərkəzi Xəstəxanasının həkimi vəfat edib
16.10.2026 | 19:12
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

