Natiqlik təlimi: "Həkimin effektiv nitqi və inandırma psixologiyası" 
27.12.2022 15:50

Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə natiqlik təlimi keçirilib.

 

Universitetdən Aztibb.az-a verilən məlumata görə, THİK-in sədri Qoşqar İsmayılov çıxışı zamanı təlimin əhəmiyyətindən danışaraq, tələbələr arasında həkimliklə yanaşı, digər sahələrə həvəsin xeyli artığını bildirib.

 

Tanınmış təlimçi Orxan Şahbazın toxunduğu mövzunun onların gələcək həyatında müstəsna rol oynayacağını qeyd edib.

 

II Müalicə-profilaktika fakültəsinin THİK sədri Zivər Hüseynova da təlim barədə məlumat verib. “Təbib” İdman Klubunun sədri Qələndər Aslanov isə tələbələri qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramları  münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıb.

 

Sonra Orxan Şahbaz "Həkimin effektiv nitqi və inandırma psixologiyası" mövzusunda təlimi davam etdirib. Mövzu tələbələrin böyük marağına səbəb olub. O.Şahbaz anonim sorğulara və tələbələrin verdiyi suallara ətraflı cavab verib.

 

Sonda II Müalicə-profilaktika fakültəsinin aktiv tələbələrinə THİK-in sertifikatları təqdim olunub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib