Türkiyədə konservləşdirilmiş balıqlarda mikroplastik tapılıb 
27.12.2022 16:02

Çukurova Universitetinin Su Məhsulları fakültəsinin Balıqçılıq Təməl Elmləri Bölümü müəllimi Sedat Gündoğdu Türkiyə bazarından 7 istehsalçıya məxsus 33 fərqli tuna balığı markası üzərində apardıqları araşdırmada bütün nümunələrdə ən az bir mikroplastik hissəcik tapdıqlarını açıqlayıb.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir ki, o, laboratoriya şəraitində işıq mikroskopu və mikro-raman mikroskopundan istifadə edərək tuna balığını tədqiq edib. Nəticədə qablaşdırma və istehsal proseslərinin mikroplastiklərin əsas yoluxma mənbəyi olduğu ortaya çıxıb.

 

Tuna balıqlarında təsbit edilən plastik çirklənmənin daha çox qablaşdırmadan qaynaqlandığına diqqət çəkən S.Gündoğdu bildirib ki, qablaşdırma materiallarını ayrı-ayrılıqda təhlil etdiyimiz zaman gördük ki, tuna balığından çıxan mikroplastiklərin strukturu metal bağlamaların daxili səthinin örtülməsində istifadə olunan materialla eynidir.

 

"Plastik istehsalı zamanı istifadə edilən kimyəvi maddələr bu qablaşdırmalar sayəsində qida ilə təmasda ola bilər. Eynilə, dənizdən istehsal olunan emal olunmuş dəniz məhsullarında da dənizdən qaynaqlanan mikroplastik çirklənmənin olduğunu deyə bilərik. Burada əsas problem plastikin intensiv istehsalı və istifadəsi ilə bağlıdır”, - deyə tədiqatçı qeyd edib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib