Azərbaycanda ən çox əlillik təyin olunan xəstəliklər açıqlanıb
27.12.2022 15:49

Azərbaycanda ən çox əlillik təyin olunan xəstəliklər açıqlanıb.

 

Aztibb.az-ın məlumatına görə, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə heyətinin sədri Anar Bayramov bu gün ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

 

O bildirib ki, sözügedən xəstəliklər ardıcıllıqla psixi və davranış pozğunluğu, sinir, onkoloji, göz və qan dövranı xəstəlikləridir.

 

"Bütün təyin olunan əlilliyin 60 faizi bu xəstəliklərin payına düşür", - deyə agentlik sədri qeyd edib.