Yüksəkixtisaslı həkim-nevroloq və EEQ mütəxəssisi - Mənsumə Talıbova
27.12.2022 10:16

Aztibb.az-ın “Həkimlərimizi tanıyaq!” rubrikasında Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı həkim-nevroloq və EEQ mütəxəssisi Mənsumə Talıbovanı Sizə təqdim edirik.

 

Mənsumə Talıbova 1981-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirib, 1981-1982-ci illərdə 1 nömrəli Klinik Psixiatrik xəstəxanasında internatura keçib. Əmək fəaliyyətinə 1983-cü ildə başlayan həkim 2011-ci ilə qədər müddətdə dövlət və özəl tibb müəssisələrində psixonevroloq, nevroloq və şöbə müdiri vəzifələrində çalışıb. 2011-ci ildən Mərkəzi Gömrük Hospitalında həkim-nevroloq və EEQ mütəxəssisi işləyir.

 

O, Mərkəzi Gömrük Hospitalında sinir sisteminin damar xəstəlikləri, baş beyin və onurğa beyin travmaları, epilepsiya, miasteniya, periferik sinir sisteminin xəstəlikləri, osteoxondrozlar, irsi xəstəliklər, sinir sisteminin infeksion xəstəlikləri, uşaq serebral ifliclər, sinir sisteminin funksional pozğunluqları və nevrozların müalicəsini həyata keçirir.

 

Təcrübəli həkim Mənsumə Talıbova özünə qarşı tələbkar və məsuliyyətlidir. O, dünya tibb elminin son nailiyyətlərini daim izləyir, öyrənir və bu təcrübədən yararlanaraq fəaliyyətində istifadə edir.

 

Həkim-nevroloq 2010-cu ildə Fransanın Nitsa şəhərində keçirilən “Baş ağrıları və miqren” mövzusunda seminarda, 2011-ci ildə Avstriyanın Zalsburq şəhərində “Serebral xəstəliklərinin müalicəsi”, 2013-cü ildə Türkiyənin Uludağ şəhərində keçirilən “Nevrologiya günləri”ndə, “Epilepsiya, miqren və dağınıq skleroz, diaqnostik və müalicəvi üsulları” konfransında, 2014-cü ildə Fransanın Nitsa şəhərində 23-cü Avropa konfransında, 2015-ci ildə Bakı şəhərində “Korvitinin kardioloji və nevroloji praktikada istifadəsi” mövzusunda konfransda iştirak edib.

 

Mənsumə Talıbova Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 13-14 sentyabr 2022-ci il tarixlərində Lənkəran Rayon Mərkəzi Xəstəxanasında keçirilən ödənişsiz tibbi-sosial aksiyada Lənkəran rayonundan olan şəhid və qazi ailələrinə öz sahəsi üzrə tibbi xidmət göstərib.

 

Nevroloqun qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

 

Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/mensume-talibova/#

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır