Qazax rayonunda “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin yeni filialı açılıb
26.12.2022 10:17

Qazax rayonunda “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin yeni filialının açılışı olub.

 

Aztibb.az xəbər verir ki, açılış mərasimində “LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri, "Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyi idarə heyətinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva, Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, RİH başçısı aparatında aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, “LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbər müavini Aygün Namazova, eləcə də mərkəzin əməkdaşları və rayon sakinləri iştirak ediblər.

 

Filialın rəmzi açılışını bildirən qırmızı lent kəsildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

“LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri Təranə Paşayeva çıxış edərək iştirakçıları qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib. O, “LOQOS” ailəsi olaraq fəaliyyətə başladıqları ilk gündən ölkə başçısının siyasətini dəstəklədiklərini və vətəndaşlara yüksək səviyyədə səhiyyə xidməti göstərdiklərini bildirib.

 

Mərkəz rəhbəri Qazax rayonunda yeni filialın açılmasını bu bölgədə yaşayan sakinlərə psixoloji dəstək göstərməklə yanaşı, Qazaxdan olan peşəkar kadrların hazırlanması işinə də töhfə verəcəyini qeyd edib.

 

Daha sonra Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək yeni fəaliyyətə başlayan “LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Qazax filialının əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb, rayonda belə bir Mərkəzin açılmasını təqdirəlayiq hal kimi qiymətləndirib.

 

Mərkəzin müdir müavini Aygün Namazova isə çıxışında “LOQOS” ailəsini Qazaxda sayca 11-ci filialın açılması münasibətilə təbrik edib, filialın kollektivinə uğurlar arzulayıb.

 

“LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Qazax filialının rəhbəri Günay Hüseynova bu filialın da digər filiallar kimi hər zaman nümunəvi olması, “LOQOS” ailəsinin adına uyğun şəkildə fəaliyyət göstərməsi üçün böyük səylə çalışacaqlarını qeyd edib. 44 günlük Vətən müharibəsindən söz açan G.Hüseynova müharibədən 2 il ötməsinə baxmayaraq “LOQOS” ailəsi olaraq şəhid ailələrinə, qazilərimizə daim dəstək göstərdiklərini söyləyib. O, açılış münasibətilə Qazax filialında 1 ay müddətində konsultasiyaların ödənişsiz şəkildə olacağını qeyd edib.

 

Sonra tədbir iştirakçıları filialda yaradılan şəraitlə tanış olublar.

 

Sonda açılış münasibətilə tort kəsilib, uşaqlara hədiyyələr təqdim olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır