30 gün koma vəziyyətində qalan 28 yaşlı qadının həyatı xilas edilib
26.12.2022 10:07

28 yaşlı qadın keçirdiyi avtoqəzadan sonra özəl xəstəxanalardan birinə yerləşdirilib, lakinxərcləri qarşılaya bilməyən ailə TƏBİB-ə müraciət edir. Və yaralı Kliniki Tibbi Mərkəzə köçürülür. 

Aztibb.az Kliniki Tibbi Mərkəzə istinadən xəbər verir ki, Kliniki Tibbi Mərkəzə gətirilərkən ağır və dərin koma vəziyyətində olan xəstədə hemodinamika pozğunluğu, ağır kəllə-beyin travması aldığı müəyyən edilib.

 

Mərkəzin Reanimasiya şöbəsinin müdiri Ülviyyə Qurbanovanın sözlərinə görə, xəstə 30 gün süni tənəffüs aparatında qalıb və müvafiq müalicələr alıb.

“Xəstə 8 noyabrda yol-nəqiliyyat hadisəsi nəticəsində ağır travma alıb və özəl tibb müəssisələrindən birinə çatdırılıb. Noyabr ayının 11-də həddən artıq ağır vəziyyətdə, təcili yardım vasitəsi ilə Kliniki Tibbi Mərkəzə köçürülüb. Tibbi müayinələrdən sonra xəstəyə müştərək qapalı kəllə-beyin travması, baş-beyin əzilməsi, sol təpə gicgahın zədələnməsi, sol tərəfli qabırğaların çoxsaylı sınığı, sol dirsək və sol körpücük sümüklərinin sınığı diaqnozu qoyulub. Bir aydan sonra dekabr ayının 12-si xəstə süni tənəffüs aparatından ayrılıb. Hazırda xəstənin vəziyyəti yaxşıdır. Huşu aydındır, komandaları yerinə yetirir, süni tənəffüs aparatına ehtiyac yoxdur. Yaxın günlərdə palataya köçürülməsi planlaşdırılır”.

Xəstənin atası Rahib Hacıyevin sözlərinə görə, hadisə istirahət məqsədi ilə İsmayıllı rayonunda olan zaman baş verib.

“Hadisə noyabr ayının 7-si, axşam saatlarında baş verib. Bu barədə noyabr ayının 8-i bizə məlumat verildi və biz İsmayıllı rayonuna getdik. Təcili yardım maşını vasitəsi ilə qızımı özəl xəstəxanalardan birinə apardıq. İki gün özəl xəstəxanada müalicəsi davam etdi. Lakin müalicənin davam etməsi üçün pul çox lazım idi. Mən TƏBİB-ə müraciət etdim, qızımın müalicəsinin dövlət tibb müəssisələrində davam etdirilməsi üçün kömək istədim. Təcili yardım maşını ilə qızımı Kliniki Tibbi Mərkəzə köçürdülər. O qədər ağır vəziyyətdən onu həyata qaytarmağı bacardıqları üçün həkimlərə öz təşəkkürümü bildirirəm. Qızımın daha da yaxşı olub, ayağa qalxacağına inanıram”.

Məlumat üçün bildirək ki, gənc xanımın bütün müalicə xərcləri icbari tibbi sığorta ilə qarşılanıb.

ÇOX OXUNANLAR
Xəstələrin göz nurunun qayğısına qalan oftalmoloq - Gülnar Mirzəyeva
Bədəndə qaşınmalar qaraciyərdən ola bilərmi?
Qobustanda Silahlı Qüvvələr Günü ilə əlaqədar aksiya: 50-dən artıq şəhid ailəsi, qazi və müharibə iştirakçısı müayinə olunub
Rasim Bəhrəmov Cəlilabad Rayon Səhiyyə İşçilərinin Həmkarlar İttifaqının sədri seçilib
Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir:
“Risk kommunikasiyası və icmalarla iş – infodemiyanın idarə olunması üzrə planın hazırlanması” mövzusunda təlim baş tutub
 Gəncədə “Klinik tibbi protokolların tətbiqinə nəzarət mexanizminin qurulması və hesabatlığın təmin olunması” mövzusunda təlim keçirilib   
 Xaçmazın Dədəli kənd sakinləri üçün tibbi müayinə aksiyası təşkil olunub   
Live Science: Qatil asteroid iyunun 27-də Yerə yaxınlaşacaq
6 aylıq körpə təcili tibbi yardım briqadası tərəfindən Gəncədən Bakıya hospitalizasiya olunub
Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunan maarifləndirici tədbir keçirilib
Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib
Nərimanov Tibb Mərkəzində qazi üzərində icbari tibbi sığorta ilə “Ginekomastiyanın ləğvi” əməliyyatı icra olunub  
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
Açıq hovuzlarda ola biləcək göbələk infeksiyalarından necə qorunmalı?