İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi ictimai müzakirələrdə iştirak edib  
25.12.2022 09:26

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “2023-cü il qrant müsabiqəsi” mövzularının müəyyənləşdirilməsi üçün dövlət qurumları və qeyri-hökumət təşkilatlarının iştirakı ilə növbəti ictimai müzakirə keçirib.

 

Aztibb.az-ın məlumatına görə, müzakirədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova təmsil edib.

 

Tədbirdə açılış nitqi ilə çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva Agentliyin 2021-2022-ci illərdə elan etdiyi müsabiqə mövzuları və qeyri-hökumət təşkilatlarının ən çox müraciət etdiyi istiqamətlər üzrə məlumat verib. Bildirilib ki, Agentlik hər il QHT-lərin təklifi ilə aktual mövzuları və onların çoxsahəli fəaliyyətini əhatə etməyə çalışır.

 

Bu ictimai müzakirənin keçirilməsinin əsas məqsədi isə dövlət qurumları və qeyri-hökumət təşkilatlarının birgə fəaliyyətininin təşviq edilməsi, ictimai həyatın bütün sahələrində cəmiyyətdə qaldırılan məsələlərin həlli istiqamətində daha effektiv nəticələrə nail olunmasıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır