ATU əməkdaşı Pakistanda beynəlxalq tədbirdə iştirak edib
25.12.2022 01:02

ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrasının assistenti Kəmalə Bədəlova Pakistanın Lahor şəhərində yerləşən Lahor Universitetində  keçirilmiş Səhiyyə Peşəkarlarının Beynəlxalq Sammitində (ISHP-2022) iştirak edib.

 

Aztibb.az-a ATU-dan bildirilib ki, “Peşəkarlararası səy: Dərmanların kəşfindən əczaçılıq baxımına səyahət” mövzusunda keçirilən sammitdə müxtəlif ölkələrdən 700-dən çox iştirakçı - aparıcı elm mərkəzlərindən və ali təhsil ocaqlarından olan alimlər öz elmi-tədqiqat işlərinin nəticələri haqqında maraqlı məruzələrlə çıxış ediblər.

 

Kəmalə Bədəlova tədbirdə Beynəlxalq əsas məruzəçi (International keynote speaker) kimi iştirak edib. O, çıxışında Azərbaycan və Pakistan arasında qardaşlıq münasibətindən söz açaraq, 44 günlük Vətən müharibəsindəki qələbəmizdən danışıb.

 

Sammit çərçivəsində dekabrın 8-də gənc alim və tələbələrin çoxsaylı poster təqdimatları olub, K.Bədəlova jüri üzvü olaraq iştirak edib. Dekabrın 9-da isə o,  “Məhkəmə-kimyəvi analizində metallarla zəhərlənmə” mövzusunda geniş məruzə oxuyub.

 

Sammit günlərində universitet daxili müxtəlif elmi-tədqiqat laboratoriyalarına, kitabxanaya, universitet nəzdində olan xəstəxana və apteklərə baxış, müxtəlif elm adamları, rəhbər şəxslərlə görüşlər keçirilib. Lahor Universitetinin rektoru, professor Muhammad Aşraf Azərbaycan Tibb Universiteti ilə memorandum imzalanmasında maraqlı olduqlarını diqqətə çatdırıb.

 

ATU-nun əməkdaşı bəzi şərtlər daxilində rəsmi sənəd əsasında Lahor Universitetinə köməkçi müəllim vəzifəsinə təyin edilib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır