Mərkəzi Gömrük Hospitalında uşaqlar üçün “Açıq Qapı” günü keçirilib
24.12.2022 18:08

Bu gün Mərkəzi Gömrük Hospitalında uşaqlar üçün “Açıq Qapı” günü keçirilib.

 

Hospitaldan Aztibb.az-a verilən məlumata görə, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi və Mərkəzi Gömrük Hospitalının əməkdaşlarının övladları üçün keçirilən tədbirdə uşaqlar valideynlərinin iş yeri ilə tanış olub, müxtəlif şöbələrdə həkimlərin müayinə və müalicə prosedurlarını, tibbi cihazlarda pasiyentlərin müayinə proseslərini izləyiblər.

 

Eyni zamanda, uşaqlar Mərkəzi Gömrük Hospitalının Radiologiya, Poliklinika, Tibbi laboratoriya və digər şöbələrinə ekskursiya ediblər. Hər bir şöbənin gülərüzlü tibb personalı uşaqlara pasiyentlərin qəbul proseduru, xüsusi proqramda qeydiyyatı və müayinə proseslərini izah ediblər.

 

Mərkəzi Gömrük Hospitalının həkimlərinin dəstəyi ilə uşaqlar müxtəlif şöbələrdə həm həkim, həm pasiyent rolunu oynayıblar. Mehriban tibb heyətinin əhatəsində böyük diqqət və qayğı ilə qarşılaşan uşaqların bəziləri gələcəkdə həkim olmaq istədiklərini bildiriblər.

 

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib