Mərkəzi Klinik Xəstəxananın uşaq reanimatoloqu ETPİ-də "Mexaniki ventilyasiya" mövzusunda çıxış edib
24.12.2022 14:36

Mərkəzi Klinik Xəstəxananın uşaq reanimatoloqu Anar Qurbanov Elmi-Tədqiqat Pediatriya İnstitutunda (ETPİ) "Mexaniki ventilyasiya" mövzusunda çıxış edib.

 

Bu barədə Aztibb.az-a ETPİ-dən bildirilib.

 

Seminarda institutun direktoru, t.ü.f.d., dos.Allahverdi Musayev, baş həkimi uzman doktor Azər Əhmədov, direktorun elmi işlər üzrə müavini, t.e.d., dos.Nailə Rəhimova, elmi katib t.ü.f.d., dos. Sevinc Nəsirova, həkim əməkdaşlar və həkim rezidentlər iştirak ediblər.

 

Tədbirdə Anar Qurbanov mexaniki ventilyasiya istifadə üçün göstərişlər, mexanik ventilyasiya ilə bağlı risklər və ağırlaşmalardan danışıb. Məruzəçi yeni doğulan körpələrdə, xüsusilə yarımçıq doğuşlarda respirator distress sindromuna (RDS) daha çox rast gəlindiyini, yəni onların ağ ciyərlərinin, mərkəzi sinir sisteminin yetişmədiyinə görə tənəffüslərində problemlərin yarandığını bildirib.

 

Sonda mövzu ətrafında müzakirələr aparılıb, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib