“Nefrologiyada müasir çağırışlara yeni baxış” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
23.12.2022 17:12

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, “EGİS Pharmaceuticals PLC” və Ascent MMC şirkətlərinin birgə təşkilatçılığı ilə “Nefrologiyada müasir çağırışlara yeni baxış” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

 

Aztibb.az xəbər verir ki, tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Hibrid formatda 200-dən çox dinləyicinin qatıldığı konfransı giriş nitqi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev açaraq iştirakçıları Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru, t.ü.f.d. Ceyhun Məmmədovun adından salamlayıb.

 

Böyrək xəstəlikləri və fəsadlarının müasir səhiyyənin aktual mövzularından olduğunu qeyd edən dos. İ.Əfəndiyev xəstəliyin qlobal yükünü əks etdirən statistik rəqəmlər barədə məlumat verib. O, ölkəmizdə xronik böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin keyfiyyətli tibbi xidmətlərdən yararlana bilmələri üçün həyata keçirilən fəaliyyətləri qeyd edərək, Mərkəzi Gömrük Hospitalının da bu sahədə genişmiqyaslı təcrübəyə malik olduğunu vurğulayıb.

 

İ.Əfəndiyev Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin davamlı tibbi təhsil fəaliyyətlərinin təşkili istiqamətində həyata keçirdiyi tədbirlərin mövcud təcrübənin paylaşılması, beynəlxalq təcrübənin öyrənilməsi və mütəxəssislərarası təcrübə mübadiləsinin təmin edilməsi məqsədilə icra edildiyini vurğulayıb, konfransın işinə uğurlar arzulayıb.

 

Konfransın rəsmi açılış hissəsində, həmçinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d. Rəşad Mahmudov, TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov və “Azərbaycan Nefroloqlar Cəmiyyəti” İctimai Birliyinin sədri, t.ü.f.d. Cəbrayıl Cəbrayılov çıxış ediblər.

 

Rəsmi hissə Türkiyənin Dokuz Eylül Universiteti Tibb Fakültəsinin professoru Taner Çamsarı tərəfindən “Nefrologiyanın qlobal perspektivləri” mövzusunda təqdim edilən konseptual məruzə ilə yekunlaşıb.

 

Tədbirin elmi hissəsi Mərkəzi Gömrük Hospitalının Efferent terapiya şöbəsinin rəisi Mirmənsim Məmmədov və “Akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası” PHŞ-nin direktoru, t.ü.f.d. Fariz Babayevin moderatorluğu ilə “Nefrologiyanın müasir klinik aspektləri” paneli öz işinə başlayıb.

 

Ümumilikdə 3 paneldə müvafiq sahənin yerli və beynəlxalq yüksəkixtisaslı mütəxəssisləri tərəfindən 11 məruzənin təqdim olunduğu konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq 8 DTT balı ilə qiymətləndirilib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır