"Toksikoloji kimya kursu" adlı kitabın təqdimatı olub
23.12.2022 14:46
Naxçıvan Dövlət Universitetinin (NDU) Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru Bəhruz Məmmədov və Əczaçılıq və biokimya kafedrasının müəllimi Zəminə İsmayılovanın həmmüəllifi olduğu "Toksikoloji kimya kursu" adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib.
 
NDU-dan Aztibb.az-a bildirilib ki, bu münasibətlə baş tutan tədbirdə ali təhsil müəssisəsinin rektoru Elbrus İsayev diqqətə çatdırıb ki, universitetdə dərs vəsaitlərinin, dərsliklərin, xarici dillərdən tərcümə olunan kitabların sayının günü-gündən artması artıq ənənə halını alıb. Bildirilib ki, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində və Azərbaycan Tibb Universitetinin Əczaçılıq ixtisasında dərs deyən müəllimlər, təhsil alan tələbələr, magistrantlar, aspirant, dissertant və doktorantlar təqdimatı keçirilən dərs vəsaitindən istifadə edə bilərlər. 
 
Dərs vəsaiti haqqında məruzə edən Əczaçılıq və biokimya kafedrasının müəllimi, biologiya üzrə fəlsəfə doktoru Surə Rəhimova qeyd edib ki, ümumi və xüsusi olmaqla 2 hissədən ibarət olan kitab Toksikoloji kimya fənninin tədris proqramına uyğun hazırlanıb. Diqqətə çatdırılıb ki, ümumi hissədə orqanizmə toksiki təsir göstərən maddələrin qrupları, onların orqanizmə olan zərərli təsirləri, biotransfarmasiyası öz əksini tapıb. Xüsusi hissədə isə kimyəvi quruluşuna görə aid edilən preparatların və maddələrin fiziki-kimyəvi xassələri, bioloji materialdan təcrid edilmə üsulları, vəsfi təyinatı, miqdari analiz üsulları və toksikoloji təsiri qeyd olunub.
 
Sonra Kimya kafedrasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Şəmil Mahmudov və Əczaçılıq və biokimya kafedrasının müəllimi Zülfiyyə Seyidzadənin çıxışları dinlənilib.
 
Bildirilib ki, dərs vəsaitində müasir cihazların köməyi ilə çox cüzi də olsa rast gəlinən zəhərlərin miqdarının yüksək dəqiqliklə aşkar olunma yolları göstərilib. Vurğulanıb ki, kitab yalnız əczaçıların bakalavr , magistr mərhələləri üçün deyil, eyni zamanda digər tibb ixtisaslarının tələbələri üçün də nəzərdə tutulub ki, zəhərlənmələrin səbəbini və antidotunu aydınlaşdıra bilsinlər.
 
Çıxış edənlər müəllifləri təbrik edib, onlara növbəti fəaliyyətlərində uğurlar arzu ediblər.
 
Daha sonra müəlliflər çıxış edərək bildiriblər ki, kredit sistemi üzrə tədrisə keçid və təhsildə mütərəqqi üsulların tətbiq edilməsi ilə əlaqəli dərs vəsaiti vacib məsələlərdən biri hesab edildiyindən nəşri nəzərdə tutulub.
 
Sonda müəlliflər tələbələrə dərs vəsaitini təqdim ediblər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır