Dərman idxalının ləngiməməsi üçün şirkətlərə müraciət edilib
23.12.2022 11:03

Dərman vasitələri haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ölkəmizə dərman vasitələrinin idxalını əsasən istehsal və topdansatış əczaçılıq fəaliyyəti ilə məşğul olan müəssisələr həyata keçirirlər.

 

Aztibb.az xəbər verir ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən verilən məlumata görə, dərman vasitələrinin idxalı zamanı həyata keçirilən ekspertizanın xüsusiyyətləri Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 502 nömrəli qərarı ilə təsdiq edilmiş dərman vasitələrinin ekspertizasının aparılması qaydası ilə tənzimlənir.

 

Qeyd edilib ki, son zamanlar ölkənin dərman təminatı ilə bağlı məsələlər müzakirə edilərkən idxal prosesi zamanı yaranan problemlərdən danışılır. Hətta Analitik Ekspertiza Mərkəzi idxal prosesinin ləngidilməsində ittiham edilir.

 

"İdxal zamanı ekspertizanın aparılması üçün idxalçı quruma sənədlər daxil edilməlidir. Bu sənədlər - idxalçıya verilmiş istehsal və ya topdansatış lisenziyasının surəti, vergi ödəyicisinin umota alınmasını təsdiq edən şəhadətnamənin surəti, alqı-satqı müqaviləsi, əgər müqavilə Azərbaycan, rus, ingilis dilində olmadıqda Azərbaycan dilinə tərcüməsi, hesab fakturanın surəti, hesab fakturada dərman vasitələrinin seriyası göstərilmədikdə qablaşdırma vərəqəsinin surəti, istehsalçının dərman vasitələrinin hər birin seriyasına dair verdiyi keyfiyyət sertifikatının surəti, mənşə sertifikatının surətidir. Təqdim olunan sənədlərdə uyğunsuzluq aşkar olunmadıqda dərman vasitələrindən 1 iş gün müddətində nümunələr ötürülərək quruma təqdim olunur. Təqdim olunan nümunələrin dövlət qeydiyyatı, qablaşdırılması, istifadə üzrə təlimatı yoxlanılır. Əgər nümunələrdə problem aşkar olunmasa, bu nümunələr analiz olunmaq üçün laboratoriyaya göndərilir. Uyğunluq sertifikatı verildikdən sonra dərman vasitələrinin idxalına dair məktub hazırlanır. Dərman vasitələrinin ekspertizasının aparılması 20 təqvim günündən çox olmayan müddətdə həyata keçirilir", - deyə bildirilib.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib