Tibb üzrə 19 dissertasiya mövzusunun müzakirəsi aparılıb 
22.12.2022 14:34

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya, Aqrar və Tibb Elmləri üzrə Problem Şurasının tibb işçi qrupu ilə birgə iclası keçirilib.

 

Aztibb.az xəbər verir ki, AMEA-nın vitse-prezidenti, Problem şurasının sədri, akademik İradə Hüseynova “Zoom” proqramı üzərindən keçirilən iclası açaraq gündəlikdə duran məsələlər haqqında şura iştirakçılarını məlumatlandırıb.

 

İclasda tibb üzrə 19 dissertasiya mövzusu müzakirəyə çıxarılıb. Dissertasiya mövzuları AMEA-nın müxbir üzvü Nuru Bayramov, t.ü.f.d. Aynur Safıyeva, t.ü.f.d. Rüfət Hüseynli, t.ü.f.d. Yasmin Rüstəmova, t.ü.f.d. Gülnaz Bədəlova və t.e.d. Məlahət Sultanova tərəfindən təqdim edilib.

 

Müzakirələrdə AMEA-nın müxbir üzvü İlham Şahmuradov, t.e.d., professor Eldar Qasımov, t.e.d., professor Valeh Mirzəzadə, t.e.d., professor Emma Ağayeva, t.e.d., professor Nizami Bağırov, t.e.d. Sayman Qədimova, t.ü.f.d. Rafiq Bayramov və başqaları fəal iştirak ediblər.

 

Müzakirəyə çıxarılan 19 iş bəzi mövzuların adında dəyişikliklər edilməklə təsdiq edilib, 1 iş təkrar baxılmaq üçün geri qaytarılıb.

 

Qeyd edək ki, aparılan müzakirələrdə, həmçinin iddiaçılar, müvafiq dissertasiya işlərinin elmi rəhbərləri və məsləhətçiləri də iştirak ediblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib