Bu il Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 6 mühüm elmi nəticə əldə olunub
22.12.2022 10:24

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) Elmi şurasının növbəti iclası keçirilib.

 

Aztibb.az xəbər verir ki, iclasa sədrlik edən institutun baş direktoru, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova MBBİ-nin 2022-ci ildəki elmi, elmi-təşkilati və elmi-pedaqoji fəaliyyətinin yekunları barədə hesabat məruzəsi ilə çıxış edib. Məruzəçi ilk olaraq cari ildə Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, Dövlət proqramları ilə əlaqədar tapşırıqların icrası haqqında məlumat verib. O, diqqətə çatdırıb ki, cari ildə institutda 3 istiqamət və 3 problem ətrafında 6 mövzunun yerinə yetirilməsi məqsədilə 27 işin 37 mərhələsi üzrə tədqiqatlar davam etdirilib.

 

Qeyd olunub ki, 2022-ci ildə institutun 14 laboratoriyasında ümumilikdə 77 elmi işçi, o cümlədən 1 akademik, 4 AMEA-nın müxbir üzvü, 1 Rusiya EA-nın müxbir üzvü, 11 elmlər doktoru və professor, 20 fəlsəfə doktoru tərəfindən aparılan elmi tədqiqat işlərinin yekunu olaraq 6 mühüm nəticə əldə olunub. İnstitutda dünya üçün prioritet sayılan problemlərin - kompüter biologiyası, süni intellekt, maşınöyrənmə üsulları, nanomateriallar və s. həllinə yönəlmiş kompleks tədqiqatlar aparılıb. Cari ildə Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının elmi işçisi Rəfiqə Məsməliyevaya Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı Azərbaycanda ilk dəfə olaraq “Riyazi biologiya, bioinformatika” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

 

İnstitutda “Patologiyaların fizioloji və molekulyar-genetik əsaslarının tədqiqi, yeni diaqnostika və müalicə üsullarının, dərman preparatlarının işlənib hazırlanmasında və reproduktiv təbabətdə yüksək texnologiyaların və kök hüceyrələrinin tətbiqi” istiqamətində tədqiqatlar davam etdirilib. Populyasiya genomiksi laboratoriyasının kiçik elmi işçisi Fidan Hüseynovanın Fransanın Monpelye Universitetində “Molekulyar biologiya” ixtisasında fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Toxumanın bərpası üçün diş pulpası kök hüceyrələrinin angiogenik aktivləşdirilməsi” mövzusunda dissertasiya işinin müdafiəsi uğurla keçirilib.

 

2022-ci ildə institutun əməkdaşları tərəfindən 17-si yüksək reytinqli jurnallarda olmaqla, ümumilikdə, 123 məqalə və tezis, 3 monoqrafiya, 2 kitab fəsli, 1 buklet dərc edilib. Cari ildə institutun AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi ilə birgə təşkilatçılığı ilə 3 beynəlxalq konfrans, elmi seminarlar keçirilib, əməkdaşlar beynəlxalq və yerli konfranslarda iştirak edərək çoxsaylı setifikatlar alıblar.

 

Elmin və təhsilin inteqrasiyası çərçivəsində magistr hazırlığı uğurla davam etdirilib. Hal-hazırda institutda 22 magistr təhsil alır və tədqiqat işləri aparır. İnstitutun nəzdində fəaliyyət göstərən ED 1.25 Dissertasiya Şurasında 3 əməkdaşın dissertasiya işi müzakirə olunaraq sənədləri Ali Attestasiya Komissiyasına təqdim olunub, 1 nəfərin dissertasiya işi seminar şurasında müzakirə olunaraq açıq müdafiəyə buraxılıb, 2 nəfərə isə Ali Attestasiya Komissiyasının qərarı ilə fəlsəfə doktoru elmi dərəcəsi verilib. İnstitutun gənc mütəxəssisləri İslam İnkişaf Bankının təqaüd proqramı, “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”, AMEA və Fransanın Monpelye Universiteti arasında imzalanmış əməkdaşlıq sazişi əsasında elan edilən müştərək doktorantura proqramı çərçivəsində dünyanın aparıcı universitetlərində təhsil alırlar. Hesabat ilində 3 xarici təşkilatla qarşılıqlı əməkdaşlıq haqqında rəsmi müqavilələr imzalanıb.

 

Sonra hesabat məruzəsi ətrafında geniş müzakirələr aparılıb, çıxış edənlər akademik Qərib Məmmədov, AMEA-nın müxbir üzvləri Arif Məmmədov, İbrahim Əzizov, Novruz Quliyev, biologiya elmləri doktorları Səftər Süleymanov, Şahniyar Bayramov, Tofiq Allahverdiyev, biologiya üzrə fəlsəfə doktorları Atabəy Cahangirov, İsmayıl Zülfüqarov, Ələmdar Məmmədov və başqaları institutun birillik fəaliyyətini və əldə olunan nəticələri yüksək qiymətləndiriblər.

 

Yekunda müəssisənin illik hesabatı yekdilliklə qəbul olunub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır