18 yaşına qədər ana ölümünə əsasən erkən doğuş səbəb olur - Səhiyyə Nazirliyi
21.12.2022 15:30

"Beynəlxalq təhlillər göstərir ki, 15-19 yaşlı qızlar arasında əsas ölüm səbəbi hamiləlikdir".

 

Aztibb.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Monitorinq və təhlil şöbəsinin həkim-metodisti Afət Məmmədova "Erkən nikah və onun reproduktiv sağlamlığa təsiri" mövzusunda nazirliyin canlı yayımında qonaq olarkən deyib.

 

O bildirib ki, həmçinin təhlillərə görə, 18 yaşına qədər qızlarda ana ölümü hallarına əsasən erkən doğuş səbəb olur.


"15 yaşından kiçik yaşda hamilə olanlarda bir sıra fəsadlar özünü göstərə, vaxtından əvvəl doğuşlar meydana gələ bilər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, qadın üçün dünyaya uşaq gətirmək yaşı 18-35 yaş arasındadır. Digər tövsiyəyə görə, doğuşdan növbəti hamiləliyə qədər 2 il fasilə vermək lazımdır. Qadın, bədənində olan bütün qiymətli maddələri uşağa ötürür. Bu səbəbdən də doğuşdan sonra ananın potensialı zəifləyir. Bu səbəbdən də 2 il fasilə vermək və uşağı bu müddətdə ana südü ilə qidalandırmaq lazımdır" - deyə o qeyd edib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib