ATU əməkdaşları Erasmus+ Məlumat Günündə iştirak ediblər
21.12.2022 12:28

ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov, müdir müavini, i.ü.f.d. Nigar Ələkbərova və mübadilə proqramları koordinatoru Dünya Bayramova Xəzər Universitetində keçirilmiş Erasmus+ Məlumat Günündə iştirak ediblər.

 

Universitetdən Aztibb.az-a bildirilib ki, tədbirin məqsədi respublika ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlığa məsul əməkdaşlarının Avropa Komissiyasının Erasmus+ proqramının imkanları haqqında məlumatlandırılması olub.

 

Tədbirdə Milli Erasmus+ Ofisinin rəhbəri Pərviz Bağırov “2021-2027-ci illər Erasmus+ proqramının əsas xüsusiyyətləri və təkliflər üçün cari davam edən çağırışlar (CBHE, Jean Monnet, CBVET, EMJM/EMDM)”, Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin aparıcı mütəxəssisi Vüsalə Qurbanova “Ali təhsil sahəsində milli prioritetlər və Elm və Təhsil Nazirliyinin Erasmus+ proqramına dəstəyi”, Xəzər Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Vlad Vernygora “Xəzər Universitetində Erasmus+. Uğurlu qeydiyyat ərizəsinin hazırlanması” və həmin universitetinin Həyat elmləri departamentinin əməkdaşı Cavid Ocaqi İsveç Kənd Təsərrüfatı Elmləri Universitetinin təsis etdiyi “Dayanıqlı istehsal və istehlak üçün heyvanların rifahı (HAnimSPAC) layihəsi” mövzularında çıxış ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır