Elşən Kazımov - Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının təcrübəli terapevti 
20.12.2022 16:02

Bu dəfə Aztibb.az-ın "Həkimlərimizi tanıyaq" rubrikasında Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının 2 saylı Ailə Sağlamlıq Mərkəzinin həkimi, terapevt Elşən Kazımovdan bəhs edəcəyik.

 

Elşən Fərman oğlu Kazımov 1965-ci ildə Bakı şəhərində anadan olub. 1982-1989-cu illərdə N.Nərimanov adına Azərbaycan Tibb İstitutunun Müalicə-profilaktika fakültəsində təhsil alıb. 1989-cu ildə Mingəcevir Şəhər Mərkəzi Xəstəxanasının 1 saylı Poliklinikasında internatura keçib.

 

O, 1990-cı ildə Mingəçevir şəhər 2 saylı Polikilinikada sahə həkimi vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1992-ci ildə Mingəcevir şəhər 1 nömrəli Poliklinikasında sahə həkimi işləyib. 1995-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli bölgəsində 214 saylı Hərbi Hissənin Hospitalında həkim kimi fəaliyyət göstərib, şöbənin baş ordinatoru olub. 2000-ci ilin dekabrın ayının 20-də tibbi xidmət vəzifəsini bitirərək baş leytenant rütbəsi ilə ehtiyata buraxılıb.

 

Terapevt-həkim 2001-ci ildən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının 1 nömrəli Poliklinikasında çalışıb. 2017-2022-ci illərdə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında çağırışçı həkim olaraq şəhər sakinlərinə xidmət göstərib. O, hazırda 2 saylı Ailə Sağlamlıq Mərkəzində həkim-terapevt kimi fəaliyyətini davam etdirir.

 

Elşən Kazımov respulbikada keçirilən I Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında həkim kimi xidmətlərinə görə Prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın imzası ilə təşəkkürnamə alıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır