Həkim siyənək balığının şuba salatında istifadəsinin zərərlərini açıqlayıb
19.12.2022 11:28

Şuba salatında siyənək balığının digər inqrediyentlərlə birlikdə istifadə olunması təhlükəsiz deyil.

 

Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir ki, bu barədə həkim-terapevt Antonina Savolyuk bildirib.

 

Şubada siyənəyin istifadəsinin mənfi cəhətlərindən biri onun lazımsız yağ və əlavə kalori ilə zəngin bol mayonezlə hazırlanmasıdır. Diabeti, mədəaltı vəzi ilə bağlı problemləri olanlar mayonez istifadəsindən çəkinməlidir.

 

Həmçinin həkim A. Savolyuk qeyd edib ki, şubada siyənəyin digər komponentlərlə "təhlükəli qarışımı" əmələ gəlir. Sağlamlıqla bağlı bir sıra xroniki problemlər olduqda bu salatdan istifadə məsləhət görülmür.

 

"Siyənək yağ, zülal və çoxlu miqdarda duzdan ibarətdir, yumurta heyvan zülalı, mayonez çox miqdarda duz, yağ, əlavə karbohidratlarla zəngindir. Bunların birlikdə istifadəsi orqanizm üçün təhlükəli qarışım hesab olunur", - A.Savolyuk bildirib.

 

Belə məhsulların istifadəsi qanda şəkərin səviyyəsinin sürətli artımına səbəb olur, artıq çəkinin yaranması, həmçinin karbohidrat mübadiləsi üçün cavab verən sistemlərin pozulması ilə nəticələnə bilər.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır