Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin X Regional Konfransı keçirilib
18.12.2022 09:41
Naxçıvan Mərkəzi Xəstəxanasında Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi ilə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin X Regional Konfransı keçirilib.
 
Aztibb.az Milli Oftalmologiya Mərkəzinə istinadla xəbər verir ki, konfransda Azərbaycandan və Naxçıvandan mütəxəssis və alimlər iştirak edib.
 
Konfransı giriş sözü ilə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, prof. Elmar Qasımov açıq elan etdi. Daha sonra Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, dr. Ceyhun Nəzərli çıxış ediblər.
 
Konfransda professor Kərəm Kərimov, t.ü.f.d. Xəlil Hüseynov, t.e.d. Hicran Namazova, t.e.d. Rəna Ağayeva, t.ü.f.d. Misirxan Ağayev və digər ölkə alimləri iştirak ediblər.
 
Konfrans t.ü.f.d. İsmayılov Q.M., t.ü.f.d.Axundova L.Ə., t.ü.f.d. Haciyeva N.R., Dr. Əlihüseynli E.H., Dr. Əliyeva K.Ə, Dr. Həsənov C.V. moderatorluğu ilə həyata keçirilib.
 
Konfransda “Azərbaycanın rayonlarında səyyar oftalmoloji yardımın təşkili”, “Orbitanın yad cisimlərinə dair”, “Ordunun döyüş hazırlığının yüksəldilməsi istiqamətində hərbi və mülki oftalmoloqların qarşılıqlı fəaliyyəti”, “Gecikmiş mərhələdə torlu qişanın qopmaları” , “Diqqət! Endoftalmit!”, “Cərrahi əməliyyatlarla bağlı rast gəlinən fəsadlar. Həkim səhvinin rolu nə qədərdir?”, “Oftalmoloji yardımın III etapında torlu qişanın reqmatogen qopması diaqnozu ilə xəstələrin demoqrafik və klinik səciyyələri”, “Naxçıvan Muxtar Respublikasında qlaukoma xəstəliyinin yayılması” kimi məsələlər müzakirə edilib.
 
Konfransın keçirilməsində məqsəd oftalmologiyada baş verən yenilikləri, aktual məsələri müzakirə edərək Azərbaycan oftalmologiyasının həmçinin region həkimlərinin inkişafına dəstək olmaqdan ibarətdir.
Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır