Kalprotektin testi bağırsaqlarda iltihabi prosesin diaqnostikası məqsədilə aparılır
18.12.2022 09:31
Kalprotektin testi bağırsaqlarda iltihabi prosesin olub-olmamasının diaqnostikası məqsədilə aparılan bir testdir.
 
Aztibb.az Referans Medical Group-a istinadla xəbər verir ki, bağırsaqdakı iltihabi proses bəzi bakterial infeksiyalarda və iltihabi bağırsaq xəstəlikləri (Ulserativ Kolit, Kron xəstəliyi) zamanı aşkar edilir.
 
Kalprotektin testi bağırsağın iltihabi xəstəliklərini qeyri-iltihabi xəstəliklərdən diferensiasiya etmək və iltihabi xəstəliklərin şiddətini təyin etmək üçün istifadə olunur.
 
Kalprotektin, neytrofil adlanan bir növ ağ qan hüceyrəsi tərəfindən sintez olunan bir proteindir. Mədə-bağırsaq traktında (Gİ) iltihab olduqda, neytrofillər həmin bölgəyə hərəkət edir və kalprotektin ifraz edir.
 
Kalprotektin testi hansı şikayətlər zamanı aparılır?
 
-Uzun müddət sulu və ya qanlı ishal
-Qarın spazmları və ya qarın ağrısı
-Hərarət
-Çəki itkisi
-Rektal qanama hallarında.
 
Bəzi xəstələrdə iltihabi bağırsaq xəstəliklərinin qəti diaqnozu üçün endoskopiyadan əvvəl bu testlə araşdırma aparmaq məqsədə uyğun ola bilər. İngiltərədə iltihabi bağırsaq xəstəliklərinin və qıcıqlanmış bağırsaq sindromunun ayırıcı diaqnozunda əvvəlcə kalprotektin testi, nəticə pozitiv olarsa kolonoskopiya tövsiyə olunur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır