Yaxın ətrafımızda intihar düşüncəsi olanlar varsa, necə kömək edə bilərik?
18.12.2022 09:24

İntihar edəcəyini istər zarafatla, istərsə də ciddi olaraq dilə gətirən insanlara qarşı diqqətli olmaq lazımdır. Unutmamaq lazımdır ki, intihar etmək fikrini dilə gətirən hər 5 insandan biri intihara cəhd edir və intihara cəhd edən hər 10 insandan biri ölür.

 

Aztibb.az xəbər verir ki, bunu Binəqədi Tibb Mərkəzinin psixoloqu İfrat Hüseynova bildirib.

 

Onun sözlərinə görə, bu rəqəmlər intihardan danışıran birinin guya diqqəti cəlb etmək istədiyini və həqiqətdə belə bir təhlükə yoxdur fikrinin nə qədər səhv olduğunu, bunun zarafatının belə ölümlə nəticələnə biləcəyini göstərir.

 

İfrat Hüseynova qeyd edib ki, tanıdığınız biri intihara cəhd edərsə onu dinləyin, çox şiddətli olan ağrı və kədərini azaltmağa çalışın. İnsanın ağrı və boşluqdan başqa seçimlərinin olduğunu görməsinə kömək edərək, ölməkdən başqa seçimi olmadığına inandığı perspektivini genişləndirin.

 

"İntihar haqqında açıq və sakit danışın. İntiharın qeyri-adekvat bir həll yolu olduğuna dair fikrinizi qoruyun.

 

Bir mütəxəssisə (psixiatra və ya psixoterapevtə) müraciət edin və heç vaxt təkbaşına bu məsələyə görə məsuliyyət daşımayın.

 

Unutmayın, intihara meyilli insanın dediklərini sirr saxlamaq, onu qorumağa çalışmaq çox risklidir", - deyə psixoloq bildirib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib