Azərbaycanda əhali arasında sağlamlıq savadlılığının öyrənilməsinə dair sorğunun nəticələri müzakirə edilib
18.12.2022 08:39

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Azərbaycanda əhali arasında sağlamlıq savadlılığının öyrənilməsinə dair sorğu”nun yekun nəticələrinə həsr edilmiş tədbir keçirilib.

 

İSİM-dən Aztibb.az-a bildirilib ki, tədbirdə Mərkəzin direktoru Qəhrəman Haqverdiyev bildirib ki, sorğunun keçirilməsində əsas məqsəd əhalinin sağlamlıqla bağlı məlumatlılığının səviyyəsini artırmaq, o cümlədən xəstəliklərin qarşısının alınması və profilaktikası, tibbi anlayışlar, pasiyent hüquqları və s. məsələlər barədə bilik və bacarıqlarını müəyyən etmək idi.

 

Mərkəzin Səhiyyə texnologiyaları və teletəbabət şöbəsinin müdiri Samir Mehdiyev sorğunun nəticələri ilə bağlı geniş təqdimatla çıxış edib. O, bildirib ki, tədqiqatda min nəfər respondent iştrak edib və hər biri 27 suala cavab verib. Nəticələrə əsasən, iştrakçıların 18,9 faizi ümumi sağlamlıq məlumatlarının qavranılması və təhlilində çətinlik çəkmədiklərini qeyd edib. Sorğu nəticələri göstərir ki, təhsil səviyyəsi yüksək olan iştrakçılar arasında sağlamlıqla bağlı məlumatlılıq daha yüksək səviyyədədir.

 

Təqdimatdan sonra iştrakçıları maraqlandıran suallar cavablandırılıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır