Azərbaycanın göndərdiyi humanitar yardımın bir hissəsi Ukraynaya çatıb    
17.12.2022 13:20

Azərbaycanın göndərdiyi növbəti humanitar yardımın bir hissəsi artıq Ukraynaya çatıb.

 

Aztibb.az “Report”-a istinadən xəbər verir ki, Ukraynanın Çernovis vilayətində yardım yüklərinin təhvil verilməsi mərasimi keçirilib.

 

Mərasimdə çıxış edən Azərbaycanın Ukraynadakı səfirliyinin müvəqqəti işlər vəkili Sabir Rzayev bildirib ki, son humanitar yardım Ukraynanın müraciəti əsasında göndərilib: “Azerenerji” ASC-nin təmin etdiyi 45 güc transformator və 50 generatorun bir hissəsi artıq Ukraynaya çatıb. Digərlərinin isə yaxın günlərdə ölkəyə çatdırılması gözlənilir”.

 

O qeyd edib ki, Azərbaycanın bu günə qədər Ukraynaya göndərdiyi humanitar yardımın məbləği təxminən 30 milyon manat həcmindədir.

 

Mərasimdə iştirak edən Ukraynanın Energetika Nazirliyinin rəsmisi Petro Lutsiv isə humanitar yardıma görə Azərbaycan dövlətinə və xalqına təşəkkür edib.

 

L.Petroviç söyləyib ki, ağır günlərdə Azərbaycan hər zaman Ukraynaya dəstək olub: “Azərbaycanın göndərdiyi humanitar yardımlar döyüşlərdə, xüsusən də Rusiyanın endirdiyi raket zərbələrindən daha çox zərər çəkən Xerson, Xarkov, Nikolayev və Çerniqov vilayətlərinə göndəriləcək”.

 

Qeyd edək ki, Ukrayna tərəfindən daxil olmuş müraciətlərə cavab olaraq, dekabrın 10-da mövcud vəziyyətlə əlaqədar zərərçəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası məqsədilə Azərbaycan tərəfindən Ukrayna xalqına əsas elektrik avadanlıqlarından ibarət humanitar yardım göndərilib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib