Məktəblilər narkomaniya və onun fəsadları barədə maarifləndiriliblər
16.12.2022 10:13

Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın təşəbbüsü ilə Sumqayıt Şəhər Polis İdarəsi, Sumqayıt Tibb Mərkəzi, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə “Narkotiklərə yox de“ adlı maarifləndirici xarakterli silsilə görüşlər davam edir.

 

Növbəti tədbir Sumqayıt şəhər 5 nömrəli tam orta məktəbdə keçirilib.

 

Sumqayıt Şəhər Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanların Profilaktik İşinin Təşkili bölməsini rəisi, polis mayoru Azər Bayramov, 2 nömrəli Ailə Sağlamlıq Mərkəzinin (ASM) həkim-pediatrı Müsənbər Səfərova və 3 nömrəli ASM-in ailə həkimi Nazilə Məmmədova, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun baş məsləhətçisi Həsən Həsənli geniş təqdimatla çıxış ediblər.

 

Çıxışlarda narkomaniyaya qarşı mübarizənin əsas məqsədinin sağlam mühit və sağlam gələcək olduğu vurğulanıb.

 

Tədbirdə Sumqayıt şəhər 5 nömrəli tam orta məktəbin Tərbiyə işləri üzrə direktor müavini Arzu Əliyeva, psixoloqlar Gülcahan Allahverdiyeva və Xəyalə Hacılı da iştirak ediblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib