Beynəlxalq elmi seminar: “NSCLC invazyon və metastazında miRNA-ların rolu”  
16.12.2022 14:00

AR Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda “NSCLC invazyon və metastazında miRNA-ların rolu” mövzusunda beynəlxalq elmi seminar keçirilib.

 

Aztibb.az-a İnstitutdan bildirilib ki, tədbirdə Azərbaycan Tibb Universitetinin, Milli Onkologiya Mərkəzinin, Bakı Dövlət Universitetinin, Genetik Ehtiyatlar İnstitutunun alim və mütəxəssisləri iştirak ediblər.

 

Seminarı giriş sözü ilə açan institutun baş direktoru AMEA-nın müxbir üzvü Oktay Qasımov Türkiyənin Pamukkale Universitetinin “Tibbi genetika” kafedrasının rəhbəri prof. Hakan Akçanı və seminar iştirakçılarını salamlayaraq onkologiya sahəsində bu kimi maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb, beynəlxalq əməkdaşlıq çərçivəsində baş tutan elmi seminarların alim və gənc mütəxəssislərimiz üçün faydalı olduğunu vurğulayıb.

 

Sonra professor Hakan Akça mövzu üzrə çıxış edərək müxtəlif illərdə ağciyər xərcəngi üzrə aparmış olduğu tədqiqatların nəticələrini azərbaycanlı həmkarları ilə bölüşüb. Seminarda NSCLC metastazları və ekspressiyası birbaşa NFkB tərəfindən tənzimlənən miRNA-ların invaziya və metastazını requlyasiya edən molekulyar mexanizmləri müzakirə olunub. Məruzəçi, həmçinin Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) dəstəklədiyi layihələr çərçivəsində son 8 ildə əldə olunan mühüm nəticələr, aparılan elmi-tədqiqatlar işləri üzrə dərc olunan məqalələr barədə geniş məlumat verib.

 

Məruzə dinlənildikdən sonra Biofizika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Oktay Qasımov, icraçı direktoru biologiya elmləri doktoru Kərim Qasımov, Azərbaycan Tibb Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru dosent Orxan İsayev, Milli Onkologiya Mərkəzinin laboratoriya müdiri biologiya üzrə fəlsəfə doktoru Leylaxanım Məlikova və digərləri çıxış edərək mövzu ilə bağlı sual və fikirlərini bildiriblər.

 

Sonda seminara yekun vuran professor Oktay Qasımov maraqlı və məzmunlu məruzəyə görə Prof. Dr. Hakan Akçaya iştirakçılar və institut rəhbərliyi adından təşəkkür edib. Tərəflər gələcəkdə onkologiya sahəsində Biofizika İnstitutu, Milli Onkologiya Mərkəzi və Türkiyənin Pamukkale Universiteti arasında üçtərəfli əməkdaşlığın inkişaf etdirilməsinin, birgə tədqiqatların aparılmasının, eləcə də bu sahədə kadr hazırlığının həyata keçirilməsinin zəruriliyini vurğulayıblar.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır