"Çoxsaylı Mielom" mövzusunda seminar keçirilib
15.12.2022 19:16

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyeva, klinikanın həkimləri və rezidentlərinin iştirakı ilə "Çoxsaylı Mielom" mövzusunda seminar keçirilib.

 

Klinikadan Aztibb.az-a bildirilib ki, tədbirdə Hematologiya şöbəsinin rezidenti Təranə Axundova mövzu üzrə təqdimatla çıxış edib.

 

Çoxsaylı mielomun bizim immun sistemimizin hüceyrələri olan plazma hüceyrələrinin bədxassəli xəstəliyi olduğunu deyən həkim bu xəstəliyin 65-74 yaş arası insanlarda daha çox rast gəlindiyini bildirib.

 

T.Axundova qeyd edib ki, risk faktorları qrupuna əsasən kişi cinsi, yüksək yaş qrupu, Afrika kökəni, peşə zəhərlənmələri və radiyasiyaya məruz qalmaq daxildir.

Həmçinin xəstəlikdə bir çox genetik mutasiyalar, onkogen aktivasiyalar etioloji faktor sayılır.

 

Xəstəliyin əsas simptomları haqqında da ətraflı məlumat verən məruzəçi bu qrupa sümüklərdə ağrı və zədələnmələr, qan parametrlərinin miqdarının artması, sinir zədələnmələri, qanda Ca səviyyəsinin yüksəlməsi, böyrək mənşəli problemlər, infeksiyalar daxil olduğunu bildirib

 

Sonda T.Axundova tərəfindən iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında geniş müzakirələr aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır