HPV peyvəndinin tək dozası uşaqlıq boynu xərçənginin qarşısını almaqda kömək edir
17.12.2022 13:56

Hər il 340 mindən çox qadının öldüyü uşaqlıq boynu xərçəngində tətbiq edilən birdəfəlik HPV (Human Papilloma Virus) peyvəndi infeksiya və əlaqəli xəstəliklərin qarşısını alır.

 

Aztibb.az bu barədə medimagazin.com.tr-a istinadla xəbər verir.

 

Uşaqlıq boynu xərçəngi və HPV peyvəndi ilə bağlı açıqlama verən Hacettepe Universiteti Tibb fakültəsinin Doğuş və Ginekologiya bölümünün professoru Murat Gültəkin qeyd edib ki, bu xəstəlik dünyada 15-44 yaş arası qadınlarda döş xərçəngindən sonra ikinci ən çox rast gəlinən xərçəng növüdür. O, dünyada uşaqlıq boynu xərçəngi ilə mübarizədə profilaktik tədbir olaraq skrininq və peyvəndin aparıldığını xatırladaraq, mövcud vaksinlərin qorunma dərəcələrinin yüksək olduğunu və effektivliyinin elmi araşdırmalarla sübut olunduğunu bildirib: "HPV peyvəndi 5 fərqli xərçəngə qarşı da qoruyucu ola bilər. Bu günə qədər aparılan araşdırmalar HPV vaksinləri sayəsində orqanizmdə əmələ gələn anticisimlərin xəstəlikdən sonra əmələ gələn anticisimlərdən fərqli olduğunu, daha uzun müddətli, təsirli və qoruyucu olduğunu göstərir".

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il 600 min qadına uşaqlıq boynu xərçəngi diaqnozu qoyulur. 

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır