“İlk tibbi yardım” simuliyasiyasının növbəti təqdimatı olub
14.12.2022 19:51

Naxçıvan Dövlət Universitetinin (NDU) Tibb fakültəsinin həkim, rezident və tələbələrinin ümumtəhsil məktəblərinin kollektivi ilə mütəmadi keçirdiyi tədbirlər çərçivəsində növbəti görüş Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə baş tutub.

 

Bu barədə Aztibb.az-a NDU-dan məlumat verilib.

 

Bildirilib ki, 2019-cu ildən ənənəvi olaraq keçirilən “Sağlam gənclik, sağlam gələcək” layihəsinin davamı olan tədbir gənclərə düzgün həyat tərzinin aşılanması və əhali arasında səhiyyə maarifi işinin təşkili məqsədilə keçirilir.

 

Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Baba Əliyev bildirib ki, mütəşəkkil surətdə həyata keçirilən bu tədbirlər həm şagirdlər, həm də tələbələr üçün böyük əhəmiyyət daşıyır.

 

Tibb fakültəsinin dekanı biologiya üzrə fəlsəfə doktoru dosent Elsəvər Əsədov tədbirin məqsəd və vəzifələrindən danışıb. İlk tibbi yardımın önəminə diqqət çəkən dekan gənclərin bu haqda bilik və təcrübəyə malik olmalarının vacibliyini qeyd edərək, şagirdlərlə keçirilən bu cür maarifləndirici görüşlərin faydasını vurğulayıb. Bildirib ki, keçirilən görüşlərin nəticəsində tibb sahəsinə marağı olan şagirdlər düzgün istiqamətləndirilir, ilk tibbi yardım barəsində biliklərə sahib olurlar.

 

Layihə rəhbəri, Təməl tibb fənləri kafedrasının müdiri tibb üzrə fəlsəfə doktoru İlhamə Mustafayeva layihənin perspektivləri haqqında tədbir iştirakçılarına məlumat verib. Qeyd edib ki, layihə davamlı olaraq muxtar respublikanın ümumitəhsil müəssisələrində keçirilməkdədir.

 

“İlk tibbi yardım” layihəsinin rəhbəri, Təməl tibb fənləri kafedrasının baş müəllimi Bəxtiyar Hüseynov layihənin başlamasının əsas istiqamətlərindən danışıb. O bildirib ki, layihənin əsas məqsədlərindən biri kimi, fövqəladə hallarda və ekstremal vəziyyətlərdə ilk yardımın göstərilməsi metodikasının anlaşıqlı formada təşviq edilməsinə ehtiyac var.

 

Sonra Tibb fakültəsinin tələbələri Bəxtiyar Hüseynovun rəhbərliyi ilə “Kliniki ölüm”, “Qanaxmalar”, “Zəhərlənmə və yanıqlar”, “Sınıqlar”, “Məktəblilərin düzgün qidalanması” adlı ilk tibbi yardım simulyasiyalarını əyani şəkildə nümayiş ediblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib