Elmi-Tədqiqat Pediatriya İnstitutunda elmi seminar keçirilib
14.12.2022 19:06

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda həkim rezidentlərin bilik və bacarıqlarının artırılması məqsədilə elmi seminar keçirilib.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, seminarda müəssisənin direktoru t.ü.f.d. dos Allahverdi Musayev, baş həkim uzman doktor Azər Əhmədov, direktorun elmi işlər üzrə müavini t.e.d. dos Nailə Rəhimova, həkim əməkdaşlar və həkim rezidentlər iştirak ediblər.

 

Tədbirdə uzman pediatr Aynur İsmayılova və həkim rezident Gülgəz Əsgərova “Nefrotik sindrom” mövzusunda təqdimatla çıxış ediblər.

 

Aynur İsmayılova bildirib ki, nefrotik sindrom böyrək zədələnməsinin inkişafı ilə əlaqədar bədəndə meydana gələn müxtəlif əlamət və simptomlara verilən addır. Böyrək hüceyrələrinin öz funksiyalarını yerinə yetirməməsi səbəbindən sidiklə ağır protein itkisi və toxumalarda suyun tutulması kimi tipik simptomlar meydana gəlir-deyə bildirib.

 

Gülgəz Əsgərova isə xəstəliyin etiologiyasından, səbəblərindən, əlamətlər və simptomlarından, diaqnostika, müalicəsindən danışıb.

 

Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır