Sumqayıtda məktəblilər narkomaniya əleyhinə maarifləndiriliblər
14.12.2022 18:18

Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın təşəbbüsü ilə Sumqayıt Şəhər Polis İdarəsi və Sumqayıt Tibb Mərkəzinin (STM) birgə təşkilatçılığı ilə Sumqayıt şəhər 43 nömrəli tam orta məktəbdə “Narkotiklərə yox de!“ adlı maarifləndirici xarakterli görüş keçirilib.

 

STM-dən Aztibb.az-a bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanların Profilaktik İşinin Təşkili bölməsinin rəisi, polis mayoru Azər Bağırov, məktəbin direktoru Humay Ramazanova, Sumqayit Tibb Mərkəzinin Keyfiyyətə Nəzarət Komitəsinin rəhbəri Dr. Dünya Hüseynova, Narkoloji Dispanserin həkimi Vüsal Cabbarov, 2 nömrəli Ailə Sağlamlıq Mərkəzinin (ASM) həkim-pediatrı Müsənbər Səfərova narkotiklərdən zərər çəkmiş yetkinlik yaşına çatmayanların fərdi reabilitasiyasının və cəmiyyətdə inteqrasiyasının həyata keçirilməsinə bağlı geniş təqdimatla çıxış ediblər.

 

Çıxışda narkomaniyaya qarşı mübarizənin əsas məqsədi sağlam mühit və sağlam gələcək olduğu vurğulanıb.

 

Narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə ətraflı məlumat verilib.

 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıb.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib