Otorinolarinqoloq Rauf Haqverdiyev - Həkimlərimizi tanıyaq!
14.12.2022 23:28

"Həkimlərimizi tanıyaq!" rubrikamızda Rauf Haqverdiyev haqqında məlumatları diqqətə çatdırırıq.

 

Rauf Haqverdiyev 18 noyabr 1984-cü ildə Bakı şəhərində anadan olub. 2001-2007-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 2007-2009-cu illərdə Rusiya Federasiyasının Yaroslavl şəhərində Yaroslavl Dövlət Tibb Akademiyasında Otorinolarinqologiya ixtisası üzrə ordinatura keçib.

 

O, 2009- 2010-cu ildə Rusiya Federasiyası Yaroslavl Dövlət Tibb Akademiyasında aspirant olub.2013-cü ildə Rusiya Federasiyasının Moskva şəhərində A.İ.Yevdokimov adına Moskva Dövlət Tibb-Stomatoloji Universitetində dissertasiya işini müdafiə edərək fəlsəfə elmləri doktoru elmi dərəcəsini alıb. 

 

2010-2011-ci ildə Yaroslavl Dövlət Tibb Akademiyasında Onkologiya ixtisası üzrə internatura keçib.

 

2013-2014-cü illərdə Türkiyə Respublikasının Ankara şəhərində Qazi Universiteti Tibb fakültəsinin Qazi xəstəxanasında Qulaq Burun Boğaz və Baş Boyun Cərrahiyəsi kafedrasında 1 illik stajer kursu keçib.

 

Rauf Haqverdiyev 20 yanvar 2015-ci ildən Binəqədi Tibb Mərkəzində həkim-otorinolarinqoloq vəzifəsində çalışır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib