Sumqayıtda “Məişət zorakılığı” mövzusunda tədbir təşkil olunub
14.12.2022 10:17

Sumqayıt Tibb Mərkəzinin (STM) tabeliyində olan Təcili Tibb Yardım Xəstəxanasında “Məişət zorakılığı” mövzusunda tədbir keçirilib.

 

STM-dən Aztibb.az-a bildirilib ki, tədbirdə Mərkəzin tabeliyində olan tibb müəssisələrinin tibb bacıları iştirak ediblər.

 

Tədbirdə “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin sədri Zenfira Mustafayeva və Sumqayıt Qadın Resurs Mərkəzinin koordinatoru Günel Ələkbərova mövzu ilə bağlı geniş təqdimatla çıxış ediblər.

 

Bildirilib ki, dünyanın bütün ölkələrində olduğu kimi, cəmiyyətimizdə də məişət zorakılığı hallarının mövcudluğu hüquqi müstəvidə bu hallarla mübarizəni gündəmə gətirir. Məişət zorakılığı və ya ailədə zorakılıq halları tək bir ailə üçün yox, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. 

 

Vurğulanıb ki, məişət zorakılığı probleminin həlli obyektiv yanaşma, analitik tədbirlərin həyata keçirilməsini tələb edir.

 

Natiqlər məişət zorakılığının qarşısının alınması istiqamətində görülən işlərin səmərəliliyini artırmaq üçün qabaqlayıcı tədbirlərin gücləndirilməsi, zorakılıqdan zərər çəkmiş şəxslərə təxirəsalınmaz və hərtərəfli yardım göstərilməsinin vacibliyindən danışıblar.

 

Qeyd edilib ki, bir çox hallarda məişət zorakılığı qurbanı olan şəxslər onlara qarşı törədilənlər barədə susur və bunlara dözməkdə davam edir: “Onlar qorxudan yaxud utandıqlarından bu barədə heç kimə heç nə söyləmirlər, eyni zamanda yeni zorakılıq burulğanına düşməkdən ehtiyat edirlər. Lakin unudurlar ki, bununla da həmin şəxslər özlərinin və yaxınlarının həyatını daha da təhlükəyə atırlar. Çünki tədqiqatlar göstərir ki, zorakılıq törədən şəxslərin əməlləri cəzasız qalanda onlar yenidən həmin hərəkətləri törədərək ətrafındakı insanların həyatını kabusa çevirirlər”.

 

Məlumat verilib ki, cəmiyyətimizdə zorakılıq hallarının qarşısının alınması və azaldılması sahəsində təmənnasız olaraq yardım əlini uzadan dövlət orqanları, qeyri-hökumət təşkilatları və digər qurumlar vardır.

 

Bildirilib ki, kiməsə qarşı cinayət törədilərsə, ilk növbədə ən yaxın olan polis bölməsinə müraciət edilməli, yaxud Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 saylı qaynar xəttinə zəng edilməlidir.

 

STM-nin şöbə müdiri Aynur Həsənova isə məişət zorakılığı hallarının qarşısının alınması üçün maarifləndirmə işinin gücləndirilməsinin vacib əhəmiyyət daşıdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır