"Təcili yardım sisteminin təkmilləşdirilməsi həftəsi” çərçivəsində təlimlər keçirilir
14.12.2022 09:45

Təcili yardım sistemləri səhiyyənin vacib hissəsidir və bütün dünyada bir çox insan üçün səhiyyə ilə ilk əlaqə nöqtəsi rolunu oynayır.

 

Aztibb.az-ın xəbərinə görə, ÜST-nin Ölkə Ofisi USAID/Azerbaijanın maliyyələşdirdiyi “Azərbayəcanda pandemiyaya cavab tədbirləri” layihəsi çərçivəsində təcili yardım sistemləri və xidmətləri, təlimlər və standartlarının təkmilləşdirilməsini dəstəkləməyi hədəfləyir.

 

Bu məqsədlə 12 dekabrda başlayan təlimlərlə “Təcili yardım sisteminin təkmilləşdirilməsi həftəsi”nə start verilib.

 

3 gün davam edən və 80 nəfərin qatılacağı təlimlərdə Yeni Klinika, Kliniki Tibbi Mərkəz və Sumqayıt Təlim, Simulyasiya və Qiymətləndirmə Mərkəzində “Təməl həyat dəstəyi”, “Təməl təcili ultrasəs” və “Endotraxeal intubasiya və sürətli ardıcıl intubasiya” mövzularında təcili yardım və digər səhiyyə işçiləri, eləcə də qeyri-tibb ixtisaslı şəxslərə/müəllimlərə təlim keçiləcək.

 

Həftə 16 dekabrda Azərbaycan Tibb Universitetində baş tutacaq simpozium və 17 dekabrda keçiriləcək “Təcili tibbi yardım yol xəritəsi”nin müzakirə olunacağı işçi qrupu toplantıları ilə davam edəcək.

 

Qeyd edək ki, “Azərbaycanda pandemiyaya cavab tədbirləri” layihəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİBTƏBİB və tibb təhsili müəssisələri ilə əməkdaşlıqla həyata keçirilir

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır