İSİM-də Azərbaycan Tibb Universitetinin tələbələri ilə görüş keçirilib
13.12.2022 13:14
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Azərbaycan Tibb Universitetinin (ATU) Səhiyyə menecmenti fakültəsinin magistr pilləsində təhsil alan tələbələri ilə görüş keçirilib. Görüşün məqsədi tələbələri ölkəmizdə ictimai səhiyyə və əhalinin tibbi maarifləndirilməsi istiqamətində görülən işlərlə bağlı məlumatlandırmaq olub.
İSİM-dən Aztibb.az-a bildirilib ki, görüşdə Mərkəzin direktoru Qəhrəman Haqverdiyev tələbələrə rəhbərlik etdiyi müəssisənin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, ölkəmizdə səhiyyə sisteminin inkişafına öz töhfəsini verən İSİM-in əsas vəzifəsi əhalinin sağlamlığının yaxşılaşdırılmasına, əhalinin orta ömür müddətinin artımına, sağlam həyat tərzinin təmin edilməsinə nail olmaqdır. Onun sözlərinə görə bu istiqamətdə səhiyyə işçiləri, ictimai səhiyyə mütəxəssisləri tərəfindən əhali arasında daim təşviqat aparılır.
Sonra Mərkəzin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov təqdimatla çıxış edərək İSİM tərəfindən həyata keçirilən müxtəlif maarifləndirmə tədbirləri, sorğu və tədqiqatlar barədə danışıb. Bildirib ki, İSİM Ümumdünya Səhiyyə Təşkilatı, BMT və digər beynəlxalq təşkilatların metodologiyaları, beynəlxalq koordinasiyası və dəstəyi ilə uşaqlarda piylənmə (COSI), məktəbyaşlı uşaqların davranışları (HBSC) və risk faktorları üzrə (STEPS) araşdırmalar və digər tədqiqatlar aparan Avropa ölkələri sırasındadır.
İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva çıxış edərək vurğulayıb ki, ölkəmizdə səhiyyə işçiləri və ictimai səhiyyə mütəxəssisləri tərəfindən sağlam həyat tərzi ənənəvi və müasir innovativ üsullarla təbliğ olunur, tütünçəkmə və digər zərərli vərdişlərdən imtina etməyin vacibliyi bir daha izah edilir. Məruzəçi qeyd edib ki, tütündən imtina etmək istəyənlərə dəstək olmaq və onlara yardım etmək məqsədilə 1 fevral 2021-ci il tarixdən İSİM tərəfindən əhali üçün tütündən imtina üzrə Qaynar xətt fəaliyyətə başlayıb və tütünçəkmədən imtina etmək istəyən şəxslərin zəng edərək, peşəkar tibbi-psixoloji məsləhətlər almaları təmin olunub. L.Quliyeva, həmçinin, tələbələri əhalinin tibbi maarifləndirilməsi istiqamətində gələcəkdə keçiriləcək tədbir və aksiyalarda yaxından iştirak etməyə çağırıb.
Daha sonra tələbələr İSİM-də fəaliyyət göstərən və həkimlər üçün təlimlərin həyata keçirilidiyi Simulyasiya Mərkəzi ilə tanış olublar.
Sonda onları maraqlandıran suallar cavablandırılıb, iştirakçılara İSİM tərəfindən nəşr edilən maarifləndirici materiallar paylanılıb.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
Qırğızıstan Prezidentinin İşlər İdarəsinin Klinik Xəstəxanası ilə Mərkəzi Klinika arasında Əməkdaşlıq Memorandumu imzalanıb
16.10.2026 | 13:16
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda xroniki ağrılarda fizioterapiyanın roluna dair seminar keçirilib
16.10.2026 | 12:18
Zərifə xanım Əliyevaya həsr olunan müsabiqənin qalibləri mükafatlandırılıb
16.10.2026 | 11:15
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

