Uzman üz-çənə cərrahı Ülviyyə Məmmədova - Peşəkar həkimlərimizi tanıyaq!
13.12.2022 11:49

“Həkimlərimizi tanıyaq!” rubrikamızda yüzlərlə insana gözəl gülüş bəxş edən, peşəkarlığı, mehribanlığı, qayğıkeşliyi ilə seçilən uzman üz-çənə cərrahı, t.ü.f.d. Ülviyyə Məmmədovanı təqdim edirik.

 

Ülviyyə Məmmədova 2010-cu ildə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsini bitirib, 2010-2015-ci illərdə Ankara Qazi Universitetinin Diş həkimliyi fakültəsinin Ağız, diş, çənə xəstəlikləri və cərrahiyyəsi kafedrasında təhsilini davam etdirərək, uzman həkim adını qazanıb. O, dissertasiya işini uğurla müdafiə edərək və tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

 

Uzman həkim 2017-ci ildən Mərkəzi Gömrük Hospitalında üz-çənə cərrahı, implantoloq kimi çalışır.

 

O, Mərkəzi Gömrük Hospitalında ortoqnatik cərrahiyyə, çənə-üz sınıqlarının bərpası, stomatoloji cərrahiyyə, dental implant cərrahiyyəsi, dentoalveolar cərrahiyyəsi, ağıl dişlərinin cərrahiyyəsi, çeynəmə problemlərinin düzəldilməsi, çənədəki kista və xoş xassəli şişlərin cərrahiyyəsi, apikal rezeksiya və ağız boşluğunun selikli qişa xəstəliklərinin müalicəsi ilə məşğuldur.

  

Ülviyyə Məmmədova daim üzərində çalışan, özünə qarşı çox tələbkar, dünya tibbinin nailiyyətlərini izləyən və təcrübəsində bu nailiyyətlərdən yararlanan bir həkimdir. Onlarla elmi konfranslara qatılıb, poster və məruzələrlə çıxış edib. O, 2015-ci ildə ABŞ-ın Meyn ştatının Portland şəhərində Emanuel Legacy və Providence klinakalarında professor Erik Dierksin rəhbərliyi altında üz-çənə nahiyəsinin travmaları, gicgah-çənə oynağının xəstəlikləri və cərrahiyyəsi sahəsində elmi praktiki təcrübə keçərək fəxri diplomla təltif olunub.

 

Bundan başqa, Ülviyyə Məmmədova 2012-ci ildə Almaniyanın Hamburq şəhərində keçirilən 15-ci Beynəlxalq “DENTSPLY Friadent” simpoziumunda, 2013-cü ildə İsveçrənin Bazel şəhərində keçirilən Estetik bölgələrdə dental implant cərrahiyyəsi üzrə təkmilləşdirmə kursunda, 2018-ci ildə Hindistanda keçirilən “Alt çənə oynağının cərrahi yolla müalicəsi” təlimində, 2019-cu ildə Avropanın üz-çənə cərrahları Assosiasiyasının və SORG Akademiyasının birgə təşkilatçılığı ilə Hollandiyanın Amsterdam şəhərində keçirilən “Çənə sınıqlarının yeni cərrahi metodlarla rekonstruksiyası” mövzusunda təlim kursunda iştirak edib.

 

Uzman həkim Ülviyyə Məmmədovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
İmişli Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib