Binəqədi Tibb Mərkəzində Ümummilli Liderin anım günü münasibətilə tədbir keçirilib
12.12.2022 22:31

Binəqədi Tibb Mərkəzində ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib.

 

Əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə Binəqədi Tibb Mərkəzinin direktoru Əsədulla Sultanov dahi lider Heydər Əliyevin müasir Azərbaycanın qurucusu və memarı olduğunu vurğulayıb. Direktor müdrik liderin vəfatından 19 il keçdiyini, onun layiqli davamçısı Prezident İlham Əliyevin onun siyasi kursunu uğurla davam etdirdiyini və bunun nəticəsi olaraq müasir və inkişaf etmiş Azərbaycanda yaşadığımızı bildirib. Ümummilli Liderin hakimiyyətə gəlişinin ölkədə əmin-amanlıq, sakitlik yaratdığını, Azərbaycan dövləti tarixində quruculuq mərhələsinin başladığını vurğulayıb.

 

Binəqədi Tibb Mərkəzinin baş həkimi Rafiq Nağıyev Ulu Öndərin Azərbaycanı daima müstəqil və bütöv görmək arzusunda olduğunu xatırladaraq, onun layiqli davamçısı İlham Əliyev tərəfindən vətənimizin ərazi bütövlüyünün təmin edildiyini, Ümummilli Liderin ruhunun şad olduğunu bildirib.

 

Daha sonra Binəqədi Tibb Mərkəzinin Reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Nərminə Məmmədli Ümummilli Liderin səhiyyə sahəsində apardığı uğurlu islahatların səhiyyəmizin inkişafına verdiyi töhfələrdən danışıb.

 

Binəqədi Tibb Mərkəzinin həkim-diyetoloqu Nigar Cəfərova və həkim-kardioloqu Lamiyə Hüseynova Ulu Öndərin ideyalarının Azərbaycanın ictimai-siyasi həyatının bütün sferalarında uğurla icra olunduğunu və müasir Azərbaycan gəncliyinin daima Ulu Öndərin ideyalarına sadiq qalacağını qeyd ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır